Ruh, insan varlığının göstəricisidir desəm, bəlkədə fikrimdə yanılmaram. Çünki, apardığım müşahidələr, rastlaşdığım hadisələr zamanı insanlar bunu mənə öz əməlləri ilə sübut edib. Məsələn, birdə görürsən ki, gözəl ruhlu bir insan, özünün hansı problemlər yaşamasından aslı olmayaraq, gözəl bir təbiət mənzərəsini paylaşıb, xoş niyyətini tanışlara, dostlara ərmağan edir. Belə halda ona baxan insanların qəlbi sevinir, ruhən rahatlıq, sakitlik tapır. Deməli, o insanın ruhunun gözəlliyin biz belə duyub, dərk edirik. Elə bu qənaətimə görə, bu kimi insanları ruhundan aslı insanlar kimi xarakterizə edirəm. Bu mənim yanaşmamdır.

İnsan ruhundan aslı olanda, onun sevinci, kədəri, haryı, narazılığı fikrinə, sözünə, əməlinə hopur. Onun qəlb incikliyi hətta səmimi, şirin danışığında da hiss olunur. Belə insanlar çox çılğın, hərtərəfli yaradıcı, istedadlı olur. Qarşısında kimin olmasından, kimin haqqında olmasından aslı olmayaraq, haqqı deyir. Çünki, bu cür insanların ruhu azad olur. Onların ruhunun, ağıldan, ürəkdən asılılığı olmur. Bu kimi yaradıcı insanlara rəğbətim, yaxşı mənada qibtəm həmişə olub.

Bəzən bu insanlar kənardan kiməsə özündən razı görkəmi təsiri baxışlar, amma bu tip insanların səmimiyyəti, ünsiyyəti saf və təmiz olur. Təmas qurub yaxından tanıdıqdan sonra görürsən ki, büllur kimi bərq vurur.
Bu insanların yaradıcılığı cəmiyyətin eybəcərliyini, insanın nankorluğunu, itirilmiş insani dəyərlərin yaratdığı çatışmamazlığı sözündə elə aydın tərənnüm edir ki, insanın ruhu da incimir.
Amma, insanlar var ki, ruhu gözəl insanların dediyi hər hansı bir narazılığı eynən deyəndə, kiminsə qəlbinə toxunur, kiminsə qınağına tuş gəlir, inciyir...
Artıq bir neçə ildir ki, ruhu gözəl insan kimi yaradıcılığından tanıdığım, ruhundan aslı olan bir şair dostumuz haqqında danışmaq istəyirəm.

Həmişə şeirlərini sevə-sevə oxuduğum, yaradıcılığını böyük səbirsizliklə izlədiyim, haqqı demək cəsarəti olan, gileyi bir dost məsləhəti qədər qəlbə məlhəm olan söz adamı, əsil şair Afiq Goyçəli kimi tanıdığım ruhundan aslı biri haqqında. Şair Afiq Göyçəli Pəmbəki, yaradıcılığından hiss edib duyduğuma görə, bilirəm ki, uzun müddət qürbət eldə yaşayan biri olub. O, qürbətdən yazdığı şeirləri elə gözəl yazır ki, elə bil şair, qürbət ağrısını içinə çəkib, sözlərini həmin mayada yoğurub, poetik dillə çatdıra bilən gözəl bir insan və şairdir. Şair Afiq Göyçəli Pəmbəkin - "YAZIRLAR, ŞAİRƏM MƏN"- şeirinin ruhu, ilk oxuduğum gündən mənimdə qəlbimdə düyünləyib qalmış bir gileyi deməyə gözəl bir şərait yaratdı.
Sözün həqiqi mənasında, sosial şəbəkədə yetərincə ədəbiyyatımıza töhfə verəcək şairlərimiz və onların ürəkaçan yaradıcılıq nümunələri var. Oxucu olan insan o şeirləri oxuduqca ürəyi riqqətə gəlir, hətta şeiri yarımçıq qoyub, müəllifin adına baxır. Bu,həmin şairin duyğusunu, ruhunun süzgəcindən keçirib qəlbə yatımlı şeir nümunəsi yaratdığını ortaya çıxarır. Amma, bəzən elə giley eşidirsən ki, əlin üzündə qalır. Afiq qardaşımızda, bu "özündənrazılığı" ruhən asan həzim edə bilmir. Ona görədə bəlkədə çoxdan qəlbini deşən bu sualın cavabını tapmış kimi "haray çəkir". Onu da vurğulayım ki, şair haqq olaraq ruhundan süzülüb gələn bu narazılığını - "Əsil şair adına, yazar adına laiq olanlara... " şamil etmir.
Bir sual içimdə yatıbmış demə,
Oyandı bu gecə cavabı sizdən.
Nədən yazarların böyük ordusu,
Yazır şairəm mən,niyə,nə üzdən?

Bu, acı bir sualı onun qəlbində hayqıraraq dilə gətirdiyi, - "Nədən yazarların böyük ordusu,Yazır şairəm mən,niyə,nə üzdən?" - deyib, sual edir. Nədən...?
Bu özündənrazılığı görüb, müqəddəs şair adının bu qədər ucuzlaşdırılmasını qəbul edə bilmir və bu cür istəmir.

Tanınmış Türk şairi Cemal Süreyanın müsahibəsində təxminən belə bir anlama rast gəlmişdim. Cemal Süreyan deyir ki, istənilən dövürdə şeir yazan şairlərin 10 faizi ədəbiyyata uyğun gəlir ki, onun da bir neçəsi tam ədəbiyyata otura bilir.
Doğurdan da, klassiklərimizdən üzübəri bütün dövrlərin yaradıcı insanların götürsək görərik ki, onlarında dövründə yetərincə şairlik sevdasına düşüb, - "mən şairəm" - deyib, döşünə döyən, şair Afiq Göyçəli demiş, - "Yetən dürtür gözə,müqəddəs adı" - deyənləri də olub. Onların sırasından çox az yaradıcı insan o müqəddəs ada laiq ola bilib.
Dizədək batmışıq şana-şöhrətə,
Yetən dürtür gözə,müqəddəs adı.
Bəlkə sadəliyə təpik atmayaq?
Desinlər filankəs,yüksək addadı.

Şairin yanqıyla söylədiyi bu sızıltısının içində bir həqiqət işığı görünür. - "Zəhmətsiz iş görmək, gecədir -gecə". Zülmət qaranlıq bir gecə.
Şair qardaşımın gileyinə qoşulub deyə bilərəm ki, çoxdu orden, meddallı Şairlər. - "Bəs əyri barmaqlar, kor qələm necə?"
Yaxşılar mövcuddur anladıq,olar,
Bəs əyri barmaqlar,kor qələm necə?
Nə xoşdur sinəyə ordeni düzmək,
Zəhmətsiz iş görmək,gecədir-gecə.

Səmimi etiraf edim ki, bu şeir ilk bənddən məni tutmuşdu. Elə, şairmizin bir neçə şeirinə yanaşmamı yazacağım qət edəndə bu şeiri onun səhifəsindən götürüb, öz səhifəmə qoydum. İndi isə, gözəl Türk şairi Cemal Süreyadan oxuduğum bir müsahibədən yadda qalan fikirləri təxmini sitat kimi yazmışdım. Onuda deyim ki, bu bəndi heç oxumamışdan yazmışdım. Şair Afiq Göyçəli qənaətim doğruldaraq çox gözəl deyir. Bir - biriylə bəhsə girənlər içində -"Milyonlar minlərdir, beşyüzlər əlli".
Bəhsə girənlər var biri biriylə,
Hər kəsin şeiri, onsuzda bəlli.
Könül pəncərəsi gözə bağlıdır,
Milyonlar minlərdir, beşyüzlər əlli.

Bəli, - "Saxtalar Afiqdən ummasın dilək".
Həqiqət aşından yeyən durarmı?
Dürüstlük ucaldar insan iki bilək.
Lovğalıq yalana qardaş oğludur,
Saxtalar Afiqdən ummasın dilək.

Yaradıcılığını izlədiyim ilk gündən dərk etmişəm ki, Afiq Göyçəli daxili dünyası zəngin, qənaətləri möhkəmlənmiş dəyərli bir şairdir. Onun,-"TARİX, SƏNİ YAŞADACAQ" - şeiri də ruhunda yoğrulmuş şeir nümunəsidir.
Dolan torpağını,El içində ol,
Qələmi vicdanın rənginə qat bol.
Xalqın dərdini de,əbədi sağ ol,
Tarix,səni yaşadacaq.

Şairin Qələm adamına bir növ nəsihətidir ki, torpağın dolanıb, elin içində olan adam, qələmini vicdanının rənginə qatıb yazmalıdır.


Xalqın dərdini deməlidir ki, xalqın qəlbində "əbədi sağ ol"sun.
Özündən kənara çıxma ad üçün,
Keçməsin millətsiz dünyadan köçün.
Sözün laylasında tutulsun ölçün,
Tarix,səni yaşadacaq.

Şair, özündən kənara ad-san üçün qaçar. Bu halda onun dünyadan köçü millətsiz olur. Amma, bunu etməmək üçün, aşağıdakı bəndə əməl et ki, tarix sənı yaşatsın.
Başından ucada gəzmə ayıbdır.
Şair vücudunu əzmə ayıbdır.
Çəkmə nadanları nəzmə ayıbdır.
Tarix,səni yaşadacaq.

Kamalından xərcləyən şair heç vaxt başından uca gəzməz, ölçü vahidi sözünün laylası olar. Bədbin insana bir kağız bel sərf etməyə dəyməz. Amma, bizim tərif deyən şairlərimiz hələ çoxdu. Şair demişkən,
Bədbin insanlara,kağız sərf elə,
Yaz ki,oxusunlar,yük düşsün belə.
Xərclə kamalından,axıtma selə,
Tarix,səni yaşadacaq.

Şair qardaşımız çox gözəl vurğulayır ki, - "Afiqəm! kəlamlar versin əsərin, Gözün sözlərinə,nur gəlsin sərin."
Bəli, doğurdan da gözün nuru sözlərə töküləndə, - "Tarix,səni yaşadacaq".
Afiqəm! kəlamlar versin əsərin,
Sözün gözlərinə,nur gəlsin sərin.
Mən qürbət oğluyam yazım bəşərin,
Tarix,səni yaşadacaq.

Şairin istənilən şeirində milli dəyərlərimizin itirilməsinin ağrısını görmək olur. Onun, - "QAFİYƏSİZ MAHNILAR" - də bu qəbildəndir.
Şair haqqlı olaraq dəyərlərimizi aşağı salan, mənəviyyatımızı cılızlaşdıran bayağı mahnıların tüğyan etdiyi bir məqamda qəlb ağrısı ilə qələmə aldığı bu şeir bir həyacan siqnaldır.
Əhalini,dolayıblar bular da,
Sözə nələr calayırlar,,şouda,,.
Müğənnilər neçə düşmür qor oda,
Oxunacaq qafiyəsiz mahnılar.

Əsirlərlə peşəkar bəstəkar mahnılarının yerinə şair demişkən,
Lüt düzürlər məna,mətni sətirə,
Batırırlar ədviyyatsız ətirə.
Utanmazlar,dadandıqca fətirə,
Oxunacaq qafiyəsiz mahnılar.

Bu harayın içində bir acı, ağrı var ki, şairin əvvəlki şeirində olduğu kimi,
Getməyirlər şeirlərdə dərinə,
Yaxmayırlar bəstəkarın tərinə.
Nə qədər ki heca sinib sərinə,
Oxunacaq qafiyəsiz mahnılar.

- deyən şair, pozulmuş düşüncənin aldadılmasını ortaya çıxarır.
Cızma qara,sırıyırlar bilən az,
Kütlə susur,efir kefdə,nəğmə saz.
Afiq millət duymayınca şit avaz,
Oxunacaq qafiyəsiz mahnılar.

Həqiqətən şair Afiq Göyçəlinin poeziyada öz dəsti xətti var. Giley dolu bu yanaşma şairin azad ruhunun bəhrəsidir.
Şair qardaşımıza yaradıcılığında uğurlar bərabər, gözəl yaradıcılıq ruhu diləyirəm.
Səmimiyyətlə,
Elxas Comərd,
AYB-nin, "İti Qələm",
Respublika və "Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.

Son xəbərlər

I Qarabağ müharibəsinin daha beş itkin-şəhidi dəfn olunacaq

Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb

BİZİM TƏQVİM: 15 mayda baş vermiş tarixi hadisələr

Misir XİN rəhbəri: Fələstin problemi həll edilmədən Yaxın Şərq sabit olmayacaq

Futbol üzrə İtaliya Kubokunun qalibi bəlli olub

“Bolonya” “Milan”ı məğlub edərək İtaliya Kubokuna sahib çıxıb

Braziliya Prezidenti Ançelottinin yığmaya keçməsini tənqid etdi

ABŞ dövlət katibi Türkiyəyə GƏLDİ

Kral sarayda bunları qadağan edib

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

KİV: Zelenski danışıqlar üçün Türkiyəyə gedib

Xatirələrdə yaşayan doktor Əflatun Bayramov - FOTO

Axtarışa verilən Hüseyndən açıqlama - FOTO

Putin İstanbula onları göndərir - RƏSMİ

40 gündür axtarılan Aytacın meyiti tapıldı

Konstitusiya Məhkəməsindən yeni qərar

"Qalatasaray" Türkiyə Kubokunun qalibi olub

Qarsda “Qərbi Azərbaycan: Unudulmaz izlər” adlı beynəlxalq forum keçirilib

Cəlal Bərgüşadın 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib - FOTOLAR

ABŞ və Qətər 1,2 trilyon dollarlıq saziş imzalayıb - YENİLƏNİB

Çempion olan "Sabah"ın baş məşqçisi: "Komanda üzvlərinə çəkdikləri əziyyətə görə təşəkkür edirəm"

Keçmiş prezidentə 15 il həbs cəzası verildi

İstanbulda keçirilən “Azərbaycan Kinosu Günləri” başa çatıb - FOTOLAR

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi aşağı salınıb

Pakistandan Azərbaycana təşəkkür fləş-mobu - FOTO

BELA ZƏNGİBASARLI : ƏQİDƏMDƏN DÖNMƏRƏM - FOTO

Kənd təsərrüfatında süni intellektin tətbiqi düzgün proqnozlar verir

AYNA: "Bakıda mikromobillik vasitələri üçün 484 parklanma məntəqəsi müəyyən edilib"

Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031