Yaxşı insanlar unudulmur  Brilyant Uğur dərdi əzizdirYaxşı insan və düşündürən sənət, ürəklərə yol tapan söz əbədidir, ölməzdir. Çünki nəcib, xeyirxah insanlar əməlləri, qurub yaratdıqları, nəsillərə qoyub getdikləri töhfələrlə, işlərlə zaman-zaman yad edilir, xatırlanır, nəsillərə bir örnək kimi nümunə göstərilirlər.
Düşündürən söz, sənət isə əsrlər boyu insanları xeyirxahlığa, paklığa səsləyir, bəşər övladını haqqın, ədalətin, insanlığın yolunda birliyə, mübarizəyə səfərbər edir, fikirləri, düşüncələri saflaşdırır, ürəkləri xofdan, qorxudan, çirkin niyyətlərdən təmizləyir, beyinləri qüvvətləndirir, mənəviyyatları zənginləşdirir.

Yaxından tanıdığım, əqidəsinə, sədaqətinə, amalına bələd olduğum Brilyant Uğurun bu yaxşı insanların, sevilən sənətkarların arasında öz yeri, öz ünvanı, öz dəsti-xətti var idi.
Brilyant Uğur öz sahəsinin mahir ustası, peşəkarı olmaqla bərabər, həm də Brilyant Uğur ünvanlı gözəl şair, şifahi xalq yaradıcılığının bilicisi, milli-mənəvi dəyərlərimizin daşıyıcısı və təbliğatçısı idi.
Brilyant xanımın elmi fəaliyyəti, bir alim kimi tədqiqat əsərləri, elmimizə verdiyi töhfələr haqqında çox yazılıb. Onun dəyərli elmi əsərləri bir çox konfransların, tədbirlərin, görüşlərin mövzusuna çevrilib.
Brilyant Uğur vətəninə, xalqına, torpağına bağlı bir vətəndaş, ürəyi insanların sevinci-kədəri ilə döyünən, sinəsində böyük bir dünyanın, Azərbaycan boyda məmləkətin böyük məşəqqətlərini, Qarabağın, işğal olunan, bölünən torpaqlarımızın dərdlərini yaşadan və anbaan bu dərdləri göyərdən, əzizləyən əsl azərbaycanlı idi.
O, yaxşı insan, səmimi dost, dəyərli məsləhətçi, qayğıkeş, tələbkar müəllim, hörmətli ağbirçək olmaqla yalnız elmimizin deyil, həm də mənəviyyatımızın, milliliyimizin cəfakeşlərindən biri kimi tanınırdı. Sadəliyi, təbiiliyi ilə seçilən bu qadının şəxsi keyfiyyətləri onun bədii yaradıcılığının bir güzgüsü olub.
Brilyant Uğur qeyd etdiyimiz kimi, istedadlı şair, gözəl məqalələr müəllifi kimi də məşhurdur. Məni də çoxşahəli elmi, ictimai fəaliyyətindən öncə daha çox maraqlandıran, fikirlərimi özünə yönəldən onun bədii yaradıcılığı, söz sənəti olub. Çünki Brilyant xanımın bədii yaradıcılığı adi bir həvəsin, sadə marağın, kimısı xoş gələn görüntünün, romantik düşüncənin, göz oxşayan gözəlliyin nümunəsi deyil, həyatın, reallığın, çəkilən əzab-əziyyətlərin, ağrıların, milyonların sağalmaz yaralarına çevrilən dərdlərin, bəlaların, müsibətlərin ifadəsi idi.
Brilyant Uğur poeziyası, xüsusi ilə şeirləri dərdimizdən mayalandığı, ağrı-acıları, həsrətimizi real boyalarla əks etdirdiyi üçün insani düşündürür, düşündürməklə bərabər tariximizi araşdırıb nəticə çıxarmağa vadar edir.
Onun sözünün əvvəli-axırı insan idi. İnsanın dərdi, kamilliyi, qəhrəmanlığı, naqisliyi, nadanlığı idi. İnsan yaxşı, xeyirxah olsaydı, faciələr törənməz, qanlar axıdılmaz, ölkələr viran, uşaqlar yetim, analar-bacılar gözü yaşlı qalmazdı, dərd ömürləri gödəltməzdi qənaətində Brilyant xanım haqlıydı…
Söhbətlərində həmişə deyirdi ki, bütün müsibətləri, faciələri yaradan, asdıran-kəsdirən, kənd-şəhərləri xarabazarlıqlara çevirən insandır. O insanlar ki, haqq-ədalət deyiləndə kar, həqiqətlər göstəriləndə kor olurlar. Bəzən bir gülün-çiçəyin, ev heyvanının, çöl quşunun taleyinə ağlayanlar, öz ölkəsində vətəndaşının barmağı qanayanda fəryad qoparanlar, özlərini dünyada demokrat, insanpərvər adlandıranlar Azərbaycan xalqının tarixlər boyu çəkdiyi əzab-əziyyətləri, bir milyondan artıq qaçqın və köçkünün iztirablarını, torpaqlarımızın işğalını görməməzliyə vururlar, haqq səsimizi eşitmirlər.
Brilyant Uğur kimi onun dərdinə şərik çıxanlar da bu haqsızlıqları bütün dünyaya yaymağı, nahaq qanların, zülmün yerdə qalmayacağını gur səslə səsləndirməyi lazım bilirlər.
Brilyant xanım da öz sözü, şerləri ilə insanları, qələm sahiblərini bu mübarizəyə səfərbər etdiyi üçün bir təskinlik tapır və həm də dərdinə şərik olanların misralarında sevimli obraza çevrilirdi.
Srağagün eşitdik ki, yurdumuzun bu ağır günlərində Brilyant xanım gözlərini əbədiyyətə yumdu. O, saz, söz, gözəllik, təbiət vurğunu olduğu üçün ilin bu fəslini çox sevirdi. Güllərin-çiçəklərin açılmasından, düzlərin-dərələrin, çöllərin yaxıl xalıya bürünməsindən, quşların, çayların, bulaqların səsindən xüsusi zövq alırdı.
Nə deyə bilərik? Belə gözəl zamanda, insanların yay sevinci ilə yaşadığı, gülün cilvələndiyi, bülbülün dil açdığı, təbiətin gülən anlarında yenə də Brilyant Uğurun ruhu bizimlədir, yaşadığı, gəzdiyi, həsrətində olduğu yerləri dolaşır və o, yada düşdüyü, sevildiyi, xatırlandığı, haqqında xoş sözlər söylənildiyi üçün sevinir. Onun ruhunun sevinməyə, gülməyə, həmişə bizimlə bir yerdə olmağa haqqı var. O, sağlığında öz əməlləri ilə bunu qazanmışdı.
Qoy həmişə ruhunuz şad olsun, sevinsin Brilyant xanım!


Dostlar adından
dostunuz Cəmil Zəbhullaoğlu

Son xəbərlər

Prezidentin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri ilə Bişkekdə görüşünə dair paylaşım edilib

Pakistanda gömrük binasına hücum nəticəsində 6 nəfər ölüb

Ermənistana bir qərinə bağlı qalan qapılar – İrəvanın sərhəd sınağı - ŞƏRH

Suriyada hərbi sursat daşıyan avtobus partlayıb, ölənlər və yaralılar var

Hərbçilərin müayinə nəticələrinə müdaxilə edəcəyini vəd edən bir nəfər həbs olunub, digəri cərimələnib

Kino Agentliyi 3 illik auditor seçib

Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub

Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edir - YENİLƏNİB

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Nepal-Çin sərhədində daşqınlarda ölənlərin sayı 1000-i ötüb

İlham Əliyev Peter Pelleqrinini təbrik edib

Zəkurə Quliyeva — qələmi Qarabağın yaddaşına çevrilən qadın

"SƏMİMİ SƏTİRLƏR ÇƏLƏNGİ" LAYİHƏSİ BARƏDƏ DÜŞÜNCƏLƏRİM...

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB

İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə çıxışı gözlənilir

Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb

Bir uğurlu layihənin hesabatı...

Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi açıqlanıb

Cənubi Qafqaz - Mərkəzi Asiya ortaq təhlükəsizlik sistemi: Təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı verib

"DSports": "Sabah" müasir futbol məntiqinə meydan oxuyub

Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

Azərbaycan-ŞƏT münasibətləri: Çoxşaxəli əməkdaşlıqdan strateji tərəfdaşlığa - ŞƏRH

İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib

Kamran Əliyev: Azərbaycan və Çin Baş prokurorluqları arasında səmərəli əməkdaşlıq mövcuddur

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930