Turaztv.az » Xəbərlər » XOSROV CƏFƏROV HAQQ DÜNYASINA QOVUŞDU
Xəbərlər

XOSROV CƏFƏROV HAQQ DÜNYASINA QOVUŞDU

29.08.2026, 23:03 8
XOSROV CƏFƏROV HAQQ DÜNYASINA QOVUŞDU

XOSROV CƏFƏROV HAQQ DÜNYASINA QOVUŞDU

Xosrov Cəfərov Sabirabad rayonunun Cavad kəndində (1966) anadan olmuşdu. Atası mərhum Ələkbər kişi ikinci dünya müharibəsində Berlinədək şərəfli döyüş yolu keçmiş, orden və medallarla təltif edilmişdir. Böyük hörmət sahibi olmuş Ələkbər kişi müharibədən qayıtdıqdan sonra təsərrüfatda işləmiş, çalışdığı hər sahədə həmişə zəhmətsevərliyi, yorulmazlığıyla seçilmişdir. Anası mərhum Əsyəbəyim Böyükbəy qızı kolxozda çalışmış, xalq, Vətən üçün çox iş görmüşdür. Onlar öz halal zəhmətləri ilə ailəni dolandırmış, müqəddəslikdən, düzlükdən başqa heç nəyə baş əyməmişlər. 17 övlad-10 qız, 7 oğul böyüdüb boya-başa çatdırmış, Vətənə məhəbbət ruhunda tərbiyələndirmişlər. Əsyəbəyim xanım “Qəhrəman ana” adına layiq görülmüşdür.
Xosrov ailənin sonbeşiyi idi. O, Gəncə İnşaat Texnikumunu bitirdikdən sonra bir müddət 5 nömrəli tikinti idarəsində işləmişdir. 1994-cü ildən isə ömrünü birdəfəlik torpağa bağlamışdı. Qabaqcıl fermerlərdən idi...

Vətənə və xalqa məhəbbət nümunəsi göstərmiş Xosrov Cəfərovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin. Ruhu şad, məkanı cənnət olsun...



Elçin NƏSİB

Oxşar xəbərlər