Turaztv.az » Xəbərlər » Atlaz Rzayi : Yoxdur məndən doğması - FOTO
Xəbərlər

Atlaz Rzayi : Yoxdur məndən doğması - FOTO

31.10.2026, 21:03 8
Atlaz Rzayi : Yoxdur məndən doğması - FOTO
Ayna

Bizə yalan söyləməz
Qəlbimizin aynası.
Yoxdur səndən əzizi,
Yoxdur məndən doğması.

İlk payız nəfəsinə
İkimiz dustaq olaq.
Birimiz yarpaq olaq,
Birimiz budaq olaq.
Var bahar azadlığı-
İlk bahar qovuşması.

Mən sənə qayıdaram
Etdiyin duan kimi.
Bəxtimi, taleyimi
Sevginlə yuyan kimi.
Əlbət, bizə də vardır,
Kor bəxtin oyanması.

Yoxdur səndən əzizi,
Yoxdur məndən doğması.


Salyan 31.10.2026

Oxşar xəbərlər