Xəbərlər
Məktəbdə sağlam psixoloji mühit – gələcəyə qoyulan sərmayə - FOTO

Müasir dövrdə təhsilin əsas məqsədi yalnız savadlı gənclər yetişdirmək deyil, həm də mənəvi cəhətdən sağlam, düşüncəli və cəmiyyət qarşısında məsuliyyətini dərk edən şəxsiyyətlər formalaşdırmaqdır.
Bu baxımdan məktəblərdə sağlam psixoloji mühitin yaradılması xüsusi əhəmiyyət daşıyır. Çünki şagirdin uğuru təkcə dərslərdə qazandığı nəticələrlə deyil, onun özünü məktəb mühitində nə dərəcədə rahat, güvənli və dəyərli hiss etməsi ilə də bağlıdır.
Bəzən yeniyetmələrin qarşılaşdığı problemlər vaxtında diqqət çəkmir. Onların fikirlərinə qulaq asmaq, narahatlıqlarını anlamaq və ehtiyac duyduqları dəstəyi göstərmək həm valideynlərin, həm müəllimlərin, həm də məktəb psixoloqlarının üzərinə düşən mühüm vəzifədir.

Unutmaq olmaz ki, sağlam cəmiyyətin təməli sağlam düşüncəli gənclikdir. Gənclərimizin gələcəyinə sərmayə qoymaq istəyiriksə, onların təhsilinə, mənəvi inkişafına və psixoloji rifahına xüsusi diqqət yetirməliyik.
Güclü gələcək sağlam düşüncədən başlayır!
Cəmil ZƏBHULLA









