Turaztv.az » Xəbərlər » Mürsəl İbrahimov Qəbələdə vətəndaş qəbulu keçirəcək
Xəbərlər

Mürsəl İbrahimov Qəbələdə vətəndaş qəbulu keçirəcək

31.10.2026, 11:47 3
Mürsəl İbrahimov Qəbələdə vətəndaş qəbulu keçirəcək


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov Qəbələdə vətəndaşları qəbul edəcək.

Dövlət Xidmətindən verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2026-cı ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 06 noyabr 2026-cı il tarixdə saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov Xidmətin Qəbələ rayon şöbəsinin inzibati binasında Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən şəhər və rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edəcək.

Qəbula yazılmaq istəyən vətəndaşların 03 noyabr 2026-cı il tarixədək SHXÇDX-nın adları qeyd olunan struktur bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına (info@seferberlik.gov.az) müraciət edərək qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir.

Oxşar xəbərlər