Xəbərlər
Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik, fikirləşsək xəyalımıza da gəlməzdi. Çünki sülh, əmin-amanlıq, aydın səmа, sakit bir həyat tərzi öz axarı ilə davam edirdi.
Hətta hörmətli şairimiz Zeynal Cabbarzadənin sözlərinə Andrey Babayev tərəfindən də ermənilərlə azərbaycanlıların dostluğunu, qardaşlığını tərənnüm edən musiqi də bəstələnmişdir.
Kür - Araz - Ararat
Gözəldir bu həyat,
Qardaş olur
Hayastanla - Azərbaycan.
Gözəldir bu həyat,
Qardaş olur
Hayastanla - Azərbaycan.
Bu nəğmə “Dostluq” adlanırdı, 1987-ci ildə azərbaycanlılarla ermənilər birlikdə ifa etdilər.
Doğrudan da, Azərbaycan xalqı qonaqpərvər, geniş ürəkli, duz çörəkli humanitar bir xalqdır. Dost, qardaş deyib, qucaq açıb süfrəmizin başında əyləşdirdiyimiz qəlbi qara erməni daşnakları bir zaman gələcək zəhərli bıçaqlarını arxadan kürəyimizə sancacaqlar. Biz onlara dost-qardaş dediyimiz vaxtlarda ermənilər artıq Böyük Ermənistan xülyası ilə naməlum şəkildə daşnak sütun partiyasını yaradıb, üzvlük haqları ödəyirdilər. Qəsdən və bilərəkdən gələcəkdə zəhərli məqsədlərini Azərbaycan torpaqlarını ələ keçirmək üçün böyük yardımçı olsunlar.
Biz isə komsomola, kommunist partiyasına üzvlük haqqı ödəmək də davam edirdik. Bir anlığa Həzrət Əlinin dediyi kəlama diqqət yetirsək, onların iç üzü, xisləti bir daha bizə aydın olacaq.
“Qonşuların düşmənçiliyi, dostların vəfasızlığı ilan zəhərindən də betərdir!”
Milliyyətcə erməni olan Tumas müəllimin xisləti və fəaliyyəti:
O, sinifə gəlib dərsini deyərdi, şagirdin dərsi öyrənib-öyrənməməsi ona çox maraqlı deyildi. Uşaqlar unutmayın ki, kimya fənni çox maraqlı bir fəndir ələxsus o, laboratoriya dərslərində əyani vəsaitdən istifadə edərək təcrübə aparırdı.
Kolbada müəyyən kimyəvi maddələri, dərman preparatlarını qarışdırmaqla yeni bir maddə alınırdı. Təcrübə zamanı şagirdə sual verərdi, cavabını bilmədikdə isə istifadə etdiyi suyu stəkana töküb deyərdi ey uğursuz türk iç yaddaşın yaxşılaşsın. Ümumiyyətlə onlar tarix boyu dostluğumuz olan vaxtlarda da, indidə hansı peşədə (müəllim, həkim, usta-bənna, aşbaz çilingər olurlar olsunlar həmişə qisasçılıq eşqi ilə yaşayıblar. Hətta bugünə kimi soyqırım məsələsi də davam edir.
Tumas müəllimin özü çöz xəstəliyindən əziyyət çəkirdi. Həkimlər belə məsləhət görürlər ki, Bakı şəhərinə gedib müalicəni orda davam etdirsin.
Bu minvalla müəllim paytaxda ixtisaslı həkimə getmək istəyir, amma pulları xərcləyib, əməkhaqqının verilməsi vaxtına çox qalıb. Belə qərara gəlir ki, qonşu kənddə yaşayan bacanağı Arakeldən gedib borc alsın.
Gəlib oturub söhbət edən zaman Arakel arvadı Hayqanuşa deyir get limon dər bizə yaxşı bir limon çayı ver. Tumas müəllim çayı içir və deyir: Nə gözəl ətirli, qazlı ləzzətli limondur. Arakelcan mən Bakıya müalicəyə gedirəm, amma maaş almamışam mənə biraz pul lazımdır. Bacanağı deyir: Ey tövbə, məndə pul deyilən şey qalmayıb. Sonuncu pulumu gizli partiyamızın üzvlük haqlarını ödədim. Sənə köməklik edəcəyəm. Həyətyanı sahəmdə yaxşı növ yelpənək xiyarı əkmişəm. Sərfəli qiymətə satılır. 2 kisə verərəm sənə qatardan düşən kimi təzə bazara gedib satıb pul qazanarsan. 4 ədəd də, Ordubad limonu verərəm 2-sin baş həkimə, 2-sində həkimlərə verərsən. Bununlada sənin işlərin düzəlir. Yadda saxla bu limonlar adi bir limon deyil. Elə bu sözü demişdi ki, Tumas dedi sanki gözümün görməsi yaxşılaşır. Ey bacanaq sən axı limon çayı içdin. O limon korun gözünü açır, karın qulağını açır, beynindəki halal torpağa qarşı, haram fikirləri başından çııxarır, ürəyimizdən keçən qara qanları təmizləyib duruldur. Bil və agah ol Ulu tanrı 9 iqlimi Azərbaycana bəxş etmişdir. Həmin o limon, behiştlər yurdu olan Ordubad rayonun halal torpağında bitir. Meyvə-tərəvəzin dadına, keyfiyyətinə ləzzətinə söz ola bilməz!
Tumas müəllimin axırıncı iş günü idi məktəbə yollanır gedib dərsini deyib gəlmək istədikdə məktəbin hovuzunun yanından keçəndə dibçəklərdə düzülmüş limonları görür və dayanır, iş gününün sonunu gözləyir, hamı işdən gedir. Məktəbin gözətçisi gəlir elə bu vaxt əlini cibinə salır və deyir. Müəllim sən məni gözlə otağın açarı evdə qalıb götürüm gəlim. Müəllim sevinir və deyir. Get mən getməli olsam açarı qapının sol hissəsində boşluğa qoyacağam. Beləliklə Tumas müəllim 6 ədəd limon dərib tez aradan çıxır. Səhəri günü birbaşa Bakı şəhərinə gəlir. Təzə bazara gedir. 2 kisə xiyarı piştaxtanın üstünə düzür və fikrin dəyişir. Həkimlərə limon verən deyiləm, limonlarıda satacam satışda limon var deyə səslənir. Gələn olmur. Ordubad limonu deyəndə birinci müştəri limonun hamısını (10 ədəd) alır. Bazarda bir neçə yerdə müxtəlif qiymətə xiyarlar var. Müəllim xiyardan siftə etməmiş bazar nəzarətçisi ona yaxınlaşıb tərəzi pulu, yer pulu istəyir. O isə, satış olan kimi pulunu verəcəyəm. Üstündən 10 dəqiqə keçməmiş nəzarətçi yenidən gəlir. Məhsulun mənbəsinə dair arayış istəyir. Müəllim möhkəm əsəbiləşib nəzarətçini təhqir edir və deyir:
Bazara icazəsiz keçməmişəm mən
Xiyar satılmayıb siftə etməmişəm mən
Qorxursan pulunu vermərəm məgər
Pulunu sən alarsan səbr etsən əgər.
Nəzarətçi söylədi:
Məni təhqir edib tərbiyəsiz deyirsən
Milis indi gəlir, qanun qarşısında cavab verərsən!
Xiyar satılmayıb siftə etməmişəm mən
Qorxursan pulunu vermərəm məgər
Pulunu sən alarsan səbr etsən əgər.
Nəzarətçi söylədi:
Məni təhqir edib tərbiyəsiz deyirsən
Milis indi gəlir, qanun qarşısında cavab verərsən!
Milis müəllimi bölməyə aparıb işi araşdırdıqdan sonra 15 sutka həbs cəzasına məhkum edilir. Xiyarları isə internat məktəbinə şagirdlər üçün göndərirlər. Müəllim göndərişə əsasən 14 gün müalicə almalı idi, əfsuslar olsun ki, çoxbilmiş quş dimdiyindən tələyə (həbsə) düşər. Tumas əsəbi, qanıqara halda birbaş kəndə Arakelin yanına yollanır. Arakel onun vəziyyətini gördükdə çox təəsüf hissi keçirir və deyir. Hayqanuş limon çayı gətir. Müəllimə deyir. Çay iç başına gələnlərin hamısını dəqiqliklə mənə danış. O başına gələnləri olduğu kimi danışdı. Arakel dedi: Səni 15 sutka həbs etdilər. Sən nəyə görə, nə üstə oturdun. Müəllim dedi: Məlumatın olsun ki, 15 sutkanı mən xiyar üstə oturdum.
Limon çayından iç, qoy qara qanı durulsun.
Yadda saxla Ordubad limonu halallıq sevir. Onu ağacdan, ancaq sahibi dərə bilər. Yad əllər dəyərsə yaxud oğurlayarsa, onda limon küsər, quruyar. Üstündə olan limonları tökər. Həmin şəxsin işləri alınmaz. İstədiyiniz iş əksinə gedər. Tumascan bil və agah ol artıq məktəbdəki limonlar quruyub.

















