Turaztv.az » Xəbərlər » Hikmət Məlikzadə : Süni intellekt haqda qısa bir diqtə - FOTO
Xəbərlər

Hikmət Məlikzadə : Süni intellekt haqda qısa bir diqtə - FOTO

29.10.2026, 13:12 2
Hikmət Məlikzadə  : Süni intellekt haqda qısa bir diqtə - FOTO

Süni intellekt dövrüdür. Bir çoxumuz bu prosesi dəqiq analiz etmirik...

Çoxları elə bilir, süni intellekt əlçatmaz (ünyetməz) texnologiya sahəsidir. Daha anlamırlar ki, o, insan zəkasını təqlid edən, insan fikrini yaddaşına köçürən, bir ismarıc yollayanda da tutuquşu kimi sosial qutulardakı fikir və faktları ard-arda düzən və s. vizual prosesdir. Süni intellektin problem həlletmə, qərar qəbuletmə və məlumatları analizetmə bacarıqları yoxdur, bunları insan beyni edir. Bu sahənin avtomatik tərcüməyə qədər müxtəlif tətbiqlərdə özünü göstərməsi də təəccüb doğurası hal kimi qəbul edilməməlidir. Çünki bu prosesi də insan beyni ona nəsib edib.
Süni intellekti yeni möcüzə hesab edənlər də az deyil, belələri əmindirlər ki, onun məqsədi insan müdaxiləsi olmadan müstəqil işləmək, xariqüladə hadisələr yaratmaq və s.dir.


Etiraf edək ki, hər yüksək ideya (qismən) Allaha qarşı çıxmaqdır. Biz buna görə qeyzlə deyirik ki, adamın Allahın yerinə danışması, hətta qərar verməsi doğru deyil. Şüursal olsa da, (yəni şüura malik olsa da), əslində, adam (çox vaxt) şüursuz hərəkət edir, şüursuz danışır və s. Adamlar tanıyıram ki, süni intellekti insandan üstün hesab edirlər.
Nə qədər ki, insanlar süni intellekti fövqəl bir sahə hesab edəcəklər, o vaxta qədər də ondan asılı olacaqlar. Əksinə, ağıllı insan öz yaratdığına məğlub olmaz. İnsan imkan verməməlidir ki, zəkası ilə xəlq etdiyi nəsnə onu idarə etsin.

Nəhayət, əgər süni intellekti insan beyni yaradıbsa, o, insan diqtəsi ilə də hərəkət edir; onu möcüzə hesab etmək, onun vassalı olmaq insana yaraşmaz...
Bir daha deyirəm: Süni intellekti yaradan insandır – insan beynidir. Süni intellekt beyin mərkəzi deyil – insan onun beyin mərkəzi olmasına zəmin yaratmamalıdır. Əks halda o, insan zəkasını elə hala salacaq ki, (insan) normal düşünə və yaza bilməyəcək.
Əslində, süni intellekt “Google”nin təkmilləşdirilmiş formasıdır. Qələm adamı ondan vacib fakt (və dəlilləri) əldə etməli, ondan fikir oğurlamamlıdır. Çünki belə oğurluqlar onu bildiyindən də edər...

Unutmayaq ki, süni intellekt heç bir halda insandan artıq və ya üstün deyil. İnsanı Allah yaradıb, onu (isə) insan. Demək ki, heç bir fikir, hal və ya hadisə, yaxud texnoloji sahə Allahdan, Allah zəkasından və Allahın yaratdığından üstün ola bilməz...
Mən süni intellektə qarşı deyiləm. O da bir texnoloji yüksəliş olaraq insanın işini asanlaşdırır. Sözüm budur ki, o, insan qənaətidir; insan fikri yüz faiz dürüstlükdə olmadığı kimi, o da yarımçıq zəmindədir...

Oxşar xəbərlər