
Xəbərlər
22.10.2026, 22:34
Sazın və Sözün Şirvan Zirvəsi

Aşıq Pənah Pənahov -100
Azərbaycanın qədim ozan-aşıq sənətinin görkəmli nümayəndələrindən biri, Şirvan aşıq məktəbinin ustad-şairi Aşıq Pənah (Əlipənah Ələsgər oğlu Pənahov) 12 dekabr 1926-cı ildə Salyan rayonunun Aşağı Surra kəndində dünyaya göz açmışdır. Zəngin yaradıcılıq irsinə malik olan sənətkar ənənəvi aşıq havaları ilə yanaşı, yeni havalar və məşhur lirik mahnılar bəstələmiş, həmçinin bir sıra kitabların və dastanların müəllifi olmuşdur. Erkən yaşlarından saza, sözə olan sonsuz həvəsi onu Şirvan aşıq mühitinin qaynar ağuşuna atmış və o, 1948-ci ildən etibarən peşəkar aşıq-şair kimi fəaliyyətə başlamışdır.
Aşıq Pənah sənətdə həmişə ustad-şagird ənənələrinə sadiq qalmış, Şirvanın görkəmli sənətkarları Aşıq Qurbanxan və Aşıq Bəylər Qədirovdan bəhrələnmişdir. O, özünün məşhur "Öyrənibdir" qoşmasında bu ustadnamə ənənəsini belə ifadə edirdi:
Aşıqlar həmişə ustadnaməni,
Ustad aşıqlardan düz öyrənibdir.
Dağda qar görməyə, düzlərdə lalə,
Baxış vərdiş edib, göz öyrənibdir.
Ustad aşıqlardan düz öyrənibdir.
Dağda qar görməyə, düzlərdə lalə,
Baxış vərdiş edib, göz öyrənibdir.
Ustadın fitri istedadı, bəstəkarlıq qabiliyyəti və poetik dili onu qısa zamanda elin sevimlisinə çevirdi. 1967-ci ildə o, respublikanın "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüş, 1974-cü ildə isə Azərbaycan Yazıçılar İttifaqının üzvü seçilmişdir. Aşıq Pənah təkcə mahir ifaçı deyil, təkrarsız yaradıcı idi. O, "Sülh" və "Pambıqçılar" adlı 2 dastanın, həmçinin 128-dən çox gəraylı və qoşmanın müəllifidir. Sağlığında oxucuların ixtiyarına verilən "Saz və söz" (1963), "Məhəbbətdən danışaq" (1966), "Təzə söz, təzə mahnı" (1971) və "Mənim sazım" (1978) kitabları aşıq poeziyamızın dəyərli nümunələridir.

Onun poeziyasında insan mənəviyyatı, təbiətin gözəlliyi və saf məhəbbət aparıcı mövzulardandır. "Olduda" şeirində baharın gəlişi ilə aşiqin daxili dünyasının vəhdəti heyranedici tərzdə verilir:
Bahar sorağıyla düzlərə çıxdım,
Bahar mənim oldu, düz mənim oldu.
Bir cüt qara gözə baxdım ha baxdım,
Baxış mənim oldu, göz mənim oldu.
Başıma günəşin nuru ələndi,
Pənah, nə xəyala getmisən dedi...
Mizrab dilə gəldi, söz cilvələndi,
Mizrab mənim olub, saz mənim oldu.
Bahar mənim oldu, düz mənim oldu.
Bir cüt qara gözə baxdım ha baxdım,
Baxış mənim oldu, göz mənim oldu.
Başıma günəşin nuru ələndi,
Pənah, nə xəyala getmisən dedi...
Mizrab dilə gəldi, söz cilvələndi,
Mizrab mənim olub, saz mənim oldu.
Məhəbbət mövzusunda yazdığı "Danışır" qoşmasında isə daxili hisslərin musiqi və təbiətlə dialoqu canlanır:
Sən seyrə çıxanda bağı, çəməni,
Yarpaq pıçıldaşır, çiçək danışır.
Çəkib darağını ipək zülfünə,
Ətrini gətirən, külək danışır.
Ən şirin, ən gözəl nəğməm sənindir,
Bir nəğmə nədir ki, aləm sənindir.
Pənah vüsalınla gör necə şəndir, –
Sazım dillənməmiş, ürək danışır.
Yarpaq pıçıldaşır, çiçək danışır.
Çəkib darağını ipək zülfünə,
Ətrini gətirən, külək danışır.
Ən şirin, ən gözəl nəğməm sənindir,
Bir nəğmə nədir ki, aləm sənindir.
Pənah vüsalınla gör necə şəndir, –
Sazım dillənməmiş, ürək danışır.
Elin bayramını, azadlığı və halal əməyi tərənnüm etdiyi "Mənim sazım" rədifli şeirində isə sənətkar öz alovlu ürəyinin səsini xalqa çatdırırdı:
Elin bayramıdır, yığılsın dostlar,
Məclisin söhbəti, sözü məndədir.
Günəşlə yarışan bir bayrağım var,
Bəşərin nur dolu gözü məndədir.
Məndədir azadlıq, məndədir əmək,
Dostluq, bərabərlik, halal duz-çörək.
Pənaham, məndədir alovlu ürək,
İllərin pozulmaz yazı məndədir.
Məclisin söhbəti, sözü məndədir.
Günəşlə yarışan bir bayrağım var,
Bəşərin nur dolu gözü məndədir.
Məndədir azadlıq, məndədir əmək,
Dostluq, bərabərlik, halal duz-çörək.
Pənaham, məndədir alovlu ürək,
İllərin pozulmaz yazı məndədir.
Aşıq Pənahın yaradıcılığında öyüd-nəsihət, ictimai eyiblərin tənqidi xüsusi çəkiyə malikdir. Müəllif "Yaxşıdır" qoşmasında cəmiyyətdəki mənəvi aşınmaları, ikiüzlülüyü məharətlə ifşa edərək halal əməyin ucalığını göstərir:
Necə dağılmasın, viran olmasın
Bir ocaq ki böyük, kiçik bilməyir.
Necə xoş duyğuya həsrət qalmasın,
Bir ürək ki ağlamayır, gülməyir.
Adam var böhtandır, yalandır işi,
Ürəyi qaradır, çəkir təşvişi,
Üzdə dostum deyir, gülər kişmişi,
Bərk ayaqda köməyinə gəlməyir.
Pənah deyər, halal əmək yaxşıdır,
Namərd çörəyindən kəpək yaxşıdır.
Nanəcibdən qara köpək yaxşıdır,
Heç olmasa sahibinə hürməyir.
Bir ocaq ki böyük, kiçik bilməyir.
Necə xoş duyğuya həsrət qalmasın,
Bir ürək ki ağlamayır, gülməyir.
Adam var böhtandır, yalandır işi,
Ürəyi qaradır, çəkir təşvişi,
Üzdə dostum deyir, gülər kişmişi,
Bərk ayaqda köməyinə gəlməyir.
Pənah deyər, halal əmək yaxşıdır,
Namərd çörəyindən kəpək yaxşıdır.
Nanəcibdən qara köpək yaxşıdır,
Heç olmasa sahibinə hürməyir.
Eyni fəlsəfi baxış onun "İnciyər" şeirində də davam edir. O, insanın zəhmətlə ucaldığını, eldən-obadan ayrı düşən sənətkarın yoxluğa məhkum olduğunu vurğulayır:
Naşı bağban, girmə bağa,
Yarpaq düşər, gül inciyər.
Gəl toxunma göy budağa,
Vurma ona əl – inciyər.
Hər axşamı, səhəri sən,
Ala gözlü dilbəri sən,
Şirin sözlə dindirməsən,
Dodaq küsər, dil inciyər.
Kim zəhmətdən uzaq olsa,
Məhəbbətdən uzaq olsa,
Hər günü boş yola salsa,
Ay sevinməz, il inciyər.
Bu saf inci sözləri mən,
Toplamışam min könüldən.
Pənah ayrı düşsə eldən,
Sazındakı tel inciyər.
Yarpaq düşər, gül inciyər.
Gəl toxunma göy budağa,
Vurma ona əl – inciyər.
Hər axşamı, səhəri sən,
Ala gözlü dilbəri sən,
Şirin sözlə dindirməsən,
Dodaq küsər, dil inciyər.
Kim zəhmətdən uzaq olsa,
Məhəbbətdən uzaq olsa,
Hər günü boş yola salsa,
Ay sevinməz, il inciyər.
Bu saf inci sözləri mən,
Toplamışam min könüldən.
Pənah ayrı düşsə eldən,
Sazındakı tel inciyər.
Aşıq Pənah təkcə Şirvan mühitində deyil, bütün Azərbaycan aşıqları arasında böyük nüfuza malik idi. Onun Göyçə-Kəlbəcər aşıq məktəbinin böyük ustadı Aşıq Şəmşirə həsr etdiyi "Çal, oxu" qoşması sənətkarlar arası dostluğun və ehtiramın ən gözəl poetik abidəsidir:
Qoca Şəmşir, al sazını döşünə
Kəlbəcərdən səsin gəlsin – çal, oxu!
Səmtini sal bulaqların başına,
Gəncliyini bir yadına sal, oxu!
Ulu dağlar qulaq assın nəğmənə,
Səsin düşsün yaşıl düzə, çəmənə.
Bağçalarda bülbül kimi öt yenə,
İlhamını qızılgüldən al, oxu!
Aşıq babam, olma illər yorğunu,
Oyat şair qəlbindəki duyğunu.
Dəli dağa qonaq çağır Vurğunu,
Sözlərindən yağsın şəkər, bal oxu!
Mən əzəldən uca tutdum xətrini,
Çox duymuşam sözlərinin ətrini.
Pənah bilir sənətkarın qədrini,
Ürəyimdə həmişəlik qal, oxu!
Kəlbəcərdən səsin gəlsin – çal, oxu!
Səmtini sal bulaqların başına,
Gəncliyini bir yadına sal, oxu!
Ulu dağlar qulaq assın nəğmənə,
Səsin düşsün yaşıl düzə, çəmənə.
Bağçalarda bülbül kimi öt yenə,
İlhamını qızılgüldən al, oxu!
Aşıq babam, olma illər yorğunu,
Oyat şair qəlbindəki duyğunu.
Dəli dağa qonaq çağır Vurğunu,
Sözlərindən yağsın şəkər, bal oxu!
Mən əzəldən uca tutdum xətrini,
Çox duymuşam sözlərinin ətrini.
Pənah bilir sənətkarın qədrini,
Ürəyimdə həmişəlik qal, oxu!
Ömrünün son illərində belə sənət eşqi ilə coşan, elindən ilham alan ustad "Qocalarmı heç" şeirində sanki özünün fiziki yoxluğundan sonra da yaşayacaq mənəvi ömrünü xəbər verirdi:
Mənə qocalmısan demə amandır,
Eldən ilham alan qocalarmı heç?
Saçım ağarsa da ürək cavandır,
Zəhmətlə ucalan qocalarmı heç?
Hər kənddən, obadan gəlir şad xəbər,
Aylarım, illərim getməyir hədər,–
Gənclikdən oxuyur Pənah hər səhər,
Torpaqdan güc alan qocalarmı heç?
Eldən ilham alan qocalarmı heç?
Saçım ağarsa da ürək cavandır,
Zəhmətlə ucalan qocalarmı heç?
Hər kənddən, obadan gəlir şad xəbər,
Aylarım, illərim getməyir hədər,–
Gənclikdən oxuyur Pənah hər səhər,
Torpaqdan güc alan qocalarmı heç?
Görkəmli sənətkar 26 avqust 1978-ci ildə, yaradıcılığının ən yetkin dövründə, 52 yaşında haqq dünyasına qovuşdu. Lakin onun fiziki ömrü bitsə də, xatirəsinə bəslənən dövlət və xalq sevgisi heç zaman tükənmədi. Salyan rayonunda onun adına bir küçə və bir məktəb verilmiş, sənətkarın zəngin irsini qoruyan ev-muzeyi yaradılmışdır. Hər il Şirvan aşıq mühitinin bu parlaq simasının xatirə gecələri keçirilir, sazı və sözü nəsillərdən-nəsillərə ötürülür. Torpaqdan və eldən güc alan Aşıq Pənahın adı Azərbaycan mədəniyyət tarixinə silinməz izlərlə yazılmışdır.
Hüseyn İsaoğlu, yazıçı-publisist,
AYB-nin və AJB-nin üzvü
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay




