Ağrın alım, otur bir az dincələk,
Anla ki, mən dağlar yıxıb gəlmişəm.
Və bəmbəyaz kəfənləri yırtmışam,
Sənsə neçə bədən çıxıb gəlmisən..

Bacarsan sil Qobustandan səsimi
Sən də unut, ömrüm günüm qarışır.
Əncirlərin yarpağından tutduğum
Köynəyin də ilk günkü tək yaraşır.

Ay qəlbi daş, daş dövründən mənim tək
Tərki diyar, bircə ozan qalıbmı?
Fərhat çapan qayalara, dağlara,
Külüng alıb, adın yazan qalıbmı?

Yığışdır bu tayfa- tayfa kinləri
Tunc dövrüdü, sevgimiz də laxlayır.
Zəlzələdən qurtarardı hərşeyi,
Bəlkə Tanrı sevgimizi yoxlayır.

Budur gəlir dörd tərəfdən həmlələr
Üsyanları inqilaba çevirmə.
O şah sənin varlığına quldu qul
Taxtdan salıb, şahlığını devirmə.

Orta çağdı Romeonun fırçası
Vyanada gözlərinə qaş çəkir.
Bir telini ağarmağa qoymaram
Hər gün ruhum varlığına baş çəkir.

Bu sevdanı vurar qərbin şaxtası
Soyuq olur qəlpələr də qərbdə də..
Mənim könlüm şərq üslubu qurulub
Mədəniyyət duyğusaldı şərqdə də..

Bu eşq Qafqaz xalqlarının dərd kimi
Ağ alnına tərs yazılmış yazıdı.
Xasay Xaqan, neyləyək ki, Natəvan
Qarabağda xanın kiçik qızıdı..

Duyğuların, sevgilərin sonuna,
Çıxdı axır kapitalist ölkələr.
Səndən sonra danışdığım divarlar,
Sevişdiyim kölgələrdi kölgələr..

Mənim burda ahlarımdan Sibirdə
Baykal gölü bir az sola çəkilib.
Ayağına daş da dəyməz, dönərsən,
Biz tərəfə İpək yolu çəkilib..

Bacarsan sil divarlardan səsimi
Sən də unut, ömrüm günüm qarışar..
Mənim kimi daş dövründən səninçün
Neçə şair qadın belə yarışar?..

Son xəbərlər

“Özümü xəyanətə uğramış hiss etdim”

Şair Sevil Gül Nur xanımdan "Sənsizlik şəhəri" adlı şeirini sizlərə təqdim edirik!

Erməni əsilli nazir Bakıya gəlir

Məşhur marketdə işə düzəldi, bir gün sonra oğurluq etdi

4 manat üstündə dava - Sürücü döyüldü

10 dəfə Həccə gedən Xalq artistindən məktəbli geyimi açıqlaması

Tələbələr Təhsil Nazirliyinin binasını yandırdılar

Tramp administrasiyasına - Sərt xəbərdarlıq

Baş nazir ev işlərindən şikayətləndi

ABŞ Hörmüzdə İran gəmisini batırdı

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Anasından Nəvainin narkotiklə tutulması ilə bağlı açıqlama

İlon Mask "Starlink"i istəyən ukraynalılara cavab verdi

Bu ərazilərdə işıq olmayacaq

İranda qadın komandir öldürüldü

BELA HÜSEYNOVA : TƏBRİK EDİRƏM, YAQUB BƏY! - FOTOLAR

Kartdan karta köçürülmələrdə komissiya tutulacaq

Zəhəri ilə insanlara təhlükə yaradan 5 canlı - Kiçik görünüşə aldanmayın

14 yaşlı qız dəm qazından boğuldu - FOTO

Xalq artisti evə buraxılıb - Vəziyyəti ağırdır

Oğlumla bir gün əvvəl danışdıq, dedi ki... - Nəsimi Musayevin atası

Almaniyada 18 yaşlı gənc sərnişin avtobusunu qaçırdı

Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib

İstanbulda məktəblərdə 1 günlük tətil elan edildi

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - YENİLƏNİB

Azərbaycanda 9-dan 6-ya iş rejimi ləğv olunur?

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031