Şamaxı rayonunun Ovçulu kəndinin şəhid zabiti, baş leytenant Ramiq Mikayılovun əziz xatirəsinə

Azərbaycan xalqının 30 illik iztirabının 44 günlük Vətən müharibəsində sona çatdırılması istər dünya tarixində, istərsə də şərəfli tariximizdə uzun müddət müzakirə mövzusu olacaq. Dastanlar, romanlar yazılacaq, tarixi faktlar araşdırılıb ortaya qoyulacaq.
Ancaq bir həqiqət həmişə ortada olacaq: xalq olaraq bu iztiraba istənilən vaxt son qoymaq qabiliyyətində olan ərən oğullarımızın olduğunu heç vaxt unutmayacağıq.


Bu həqiqət gələcəkdə yaranacaq bütün əsərlərdə, aparılacaq tarixi araşdırmalarda özünü daim qabarıq şəkildə göstərəcək.
Sadəcə olaraq bizlər, bu kiçik yazılarımızla, bizə Zəfər yaşadan qəhrəmanlarımızın daim yaddaşlarda, göz önündə olmasına bir qədər dəstək verməyə çalışırıq. Yazdıqlarımızın, qeydlərimizin gələcək əsərlərin və araşdırmaların yaranmasında istinad edilə biləcək vəsait kimi istifadə olunacağına inanırıq.
Elə ona görə də hər yazımda gücüm çatdığı qədər, göz önündə olan faktların araşdırılıb öyrənilməsinə ciddi yanaşıram.
Bu dəfə də belə oldu.

Dəfələrlə müxtəlif paylaşımlarda rast gəldiyim bir məqam bu dəfə də diqqətimi çəkdi. Çox kövrəldim. Uşağın atasının məzarı üstünə gəlib: “Ata, mən gəlmişəm, dur gedək...” – deməsi ürək dağlayırdı.
Yüzlərlə şəhidimizin də bu düşüncədə, bu istəkdə, bu arzuda olduğunu yana-yana düşündüm...
Burada bir məqamı da diqqətlə izlədim. Şəhid olan övladlarımızın böyük əksəriyyəti zabit və kiçik zabit heyətinə daxil olan igidlər idi. Özü də hücum edən müzəffər ordunun zabitləri.

Bunun nə demək olduğunu, yəqin ki, hərbi mütəxəssislər daha ətraflı izah edə bilərlər. Amma mən müharibə görmüş biri kimi bunu izah edib deyə bilərəm ki, deməli, bizim zabit heyətimiz əsgərindən daim öndə olub, birbaşa döyüş mövqeyində iştirak edib.
Bu, həm də belə ağır məqamda zabitin öz əsgərlərini hər cür təhlükədən qorumağa çalışmasının ən gözəl nümunələrindən biridir.
Ordumuzun zabit heyətinin belə bir nümunə sərgiləməsi xalqımızın bu 30 illik müharibənin sona çatmasına nə qədər böyük ehtiyac və həsrət içində olduğunu da göstərirdi. Çünki bu torpaqların bizim olduğunun sübutunu yalnız sözlə deyil, canları və qanları ilə ortaya qoyanlar məhz onlar idi.
Bu yazımda məhz həmin zabit heyətinin nümayəndələrindən biri – Şamaxı rayonunun Ovçulu kəndindən olan baş leytenant Ramiq Namiq oğlu Mikayılov haqqında düşündüklərimi yazacağam.

Ramiq Namiq oğlu Mikayılov 25 yanvar 1993-cü ildə Şamaxı rayonunun Ovçulu kəndində anadan olub.
1999–2007-ci illərdə B. Əliyev adına Ovçulu kənd tam orta məktəbində, 2007–2010-cu illərdə isə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb.
Ali hərbi təhsilini 2010–2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) alıb.
Ramiq Mikayılov 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonundakı N saylı hərbi hissəsində xidmətə başlayıb.
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində baş leytenant Ramiq Mikayılov xidmət etdiyi hərbi hissə ilə Xocavənd istiqamətində döyüşlərə başlayır.

Xocavənd rayonunun işğaldan azad olunması istiqamətində gedən döyüşlərdə həm hərbi hissə, həm də komandir heyəti qarşısında qoyulmuş döyüş tapşırıqlarını layiqincə yerinə yetirir.
Vəzifə borcunu şərəflə yerinə yetirən zabit, baş leytenant Ramiq Namiq oğlu Mikayılov 30 sentyabr 2020-ci ildə növbəti döyüş tapşırığını yerinə yetirərkən şəhid olur.
Nəşi Azərbaycan Respublikasının müqəddəs bayrağına bükülərək doğulduğu Şamaxı rayonunun Ovçulu kəndinə gətirilir. Böyük izdihamla, rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin və kənd sakinlərinin iştirakı ilə doğma torpağa tapşırılır.

Dövlətimiz tərəfindən cəsur zabitimiz, baş leytenant Ramiq Namiq oğlu Mikayılovun xidmətləri “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Silahlı Qüvvələrin 95 illiyi” və “Silahlı Qüvvələrin 100 illiyi” medalları ilə qiymətləndirilib.
İgid, cəsur zabitimiz, şəhid baş leytenant Ramiq Namiq oğlu Mikayılov xalqımıza bir oğul əmanət qoyub...
Ruhun şad olsun, cənab baş leytenant!
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Qürurumuz məhz sizin xidmətiniz sayəsində özümüzə qaytarıldı.
P. S. Şəhidimiz baş leytenant Ramiq Namiq oğlu Mikayılov haqqında paylaşımlarda “Cənab leytenant” musiqisinin sədaları altında qeydlərimi götürdükcə, illər əvvəl eşitdiyim bu musiqinin sədası elə bil məni ovsunlamışdı. Sanki həmin musiqinin sədaları bütün varlığıma hakim kəsilmişdi.Elə bu yazını da həmin musiqinin yaratdığı duyğuların təsiri altında, şəhidimizə ehtiram əlaməti olaraq hazırladım.
Cənab baş leytenant...
Ruhunuzun qarşısında baş əyirik.

Son xəbərlər

Bakıda tozlu hava müşahidə olunur - İki gün davam edəcək

“Özümü xəyanətə uğramış hiss etdim”

Şair Sevil Gül Nur xanımdan "Sənsizlik şəhəri" adlı şeirini sizlərə təqdim edirik!

Erməni əsilli nazir Bakıya gəlir

Məşhur marketdə işə düzəldi, bir gün sonra oğurluq etdi

4 manat üstündə dava - Sürücü döyüldü

10 dəfə Həccə gedən Xalq artistindən məktəbli geyimi açıqlaması

Tələbələr Təhsil Nazirliyinin binasını yandırdılar

Tramp administrasiyasına - Sərt xəbərdarlıq

Baş nazir ev işlərindən şikayətləndi

ABŞ Hörmüzdə İran gəmisini batırdı

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Anasından Nəvainin narkotiklə tutulması ilə bağlı açıqlama

İlon Mask "Starlink"i istəyən ukraynalılara cavab verdi

Bu ərazilərdə işıq olmayacaq

İranda qadın komandir öldürüldü

BELA HÜSEYNOVA : TƏBRİK EDİRƏM, YAQUB BƏY! - FOTOLAR

Kartdan karta köçürülmələrdə komissiya tutulacaq

Zəhəri ilə insanlara təhlükə yaradan 5 canlı - Kiçik görünüşə aldanmayın

14 yaşlı qız dəm qazından boğuldu - FOTO

Xalq artisti evə buraxılıb - Vəziyyəti ağırdır

Oğlumla bir gün əvvəl danışdıq, dedi ki... - Nəsimi Musayevin atası

Almaniyada 18 yaşlı gənc sərnişin avtobusunu qaçırdı

Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib

İstanbulda məktəblərdə 1 günlük tətil elan edildi

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - YENİLƏNİB

Azərbaycanda 9-dan 6-ya iş rejimi ləğv olunur?

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031