ABŞ və koalisiya qüvvələri İraqı tərk edir: uğurlar və hədəflər - ŞƏRH


Beynəlxalq koalisiya İraqda xidmətini başa vurub. ABŞ Suriyadan sonra qoşunlarını İraqdan da tamamilə çıxarır. Prezident Donald Tramp bunu "ABŞ-nin tarixi qələbəsi" adlandırıb. Onun bəyanatına əsasən, yekun mərhələdə ABŞ-nin 2500 hərbçisi İraqda qalmışdı. İndi isə İraqla ikitərəfli əməkdaşlıq inkişaf etdiriləcək.

ABŞ başda olmaqla koalisiya qüvvələri bu ölkəyə niyə daxil olmuşdu? 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda göydələnlərin partladılması ilə Ağ Ev hərbi sahəyə daha çox üstünlük verməyə başladı. Bu hadisədən qısa müddət sonra ABŞ-nin başçılığı altında beynəlxalq koalisiya qüvvələri Əfqanıstanda "Taliban" hakimiyyətini devirdi, hökumət başına dünyəviçilərin gəlməsinə şərait yaradıldı.

ABŞ-nin 43-cü prezidenti kiçik Corc Buş İraqa qarşı hərbi qüvvələrin tətbiq olunmasına icazə verən sərəncamı 2002-ci il oktyabrın 16-da imzalayıb. Bu sənəd ABŞ Konqresinin Nümayəndələr Palatası və Senat tərəfindən böyük səs çoxluğu ilə qəbul edilib.

ABŞ bu ölkəyə qoşunu aşağıdakı səbəblərdən yeritmişdi:

- İraqın ovaxtkı prezidenti Səddam Hüseyn rejiminin kimyəvi və başqa kütləvi qırğın silahlarına sahib olması;

- onun başçılıq etdiyi hakimiyyətin terrorizmə dəstək verməsi;

- İraqın BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməməsi.

Qərar imzalanandan 5 ay sonra 2003-cü il martın 19-da qoşunlar İraqa daxil olub. Həmin il aprelin 9-da koalisiya qüvvələri Bağdada girdi. Bununla da Səddam Hüseynin 24 illik hakimiyyətinə son qoyuldu. O, 2003-cü il dekabrın 13-də doğulduğu Tikrit şəhəri yaxınlığında ABŞ hərbçiləri tərəfindən həbs olundu. 3 il sonra İraq məhkəməsinin barəsində çıxardığı ölüm hökmünə əsasən, dar ağacından asıldı. Bununla da sovetlərdən qalma bir dövr bu ölkədə də başa çatdı.

Yeri gəlmişkən, S.Hüseyn 1979-cu ildə hakimiyyətə gəlmişdi. Həmin ildə Əfqanıstanda yeni sol, sovetyönlü qüvvələr, İranda isə inqilab baş vermiş, teokratik rejim hakimiyyətə gəlmişdi. Bu tarix təsadüfi sayılmır. Belə qənaətə gəlmək olar ki, bu üç ölkədə dəyişikliklərin eyni vaxtda baş verməsi regionda marağı olan güclərin fəaliyyətinin nəticəsi idi.

Səddam Hüseyn hakimiyyəti devrildikdən sonra İraq üçün İŞİD terror qruplaşması baş bəlasına çevrildi. ABŞ-nin liderliyi ilə beynəlxalq koalisiya 2017-ci ildə İraqda bu qruplaşmanın fəaliyyətinə son verdi.

Bu arada bəzi statistik məlumatlara da diqqət çəkmək istərdik; 2003-ci ilin əvvəlində koalisiya qüvvələrinin sayı 309 - 584 min nəfərə qədər olub. Onların əsas hissəsini ABŞ hərbçiləri (192-dən 466 min nəfər) təşkil edib. Son illər, 2026-cı ilin sentyabrına qədər amerikalı əsgər və zabitilərin sayı 2 500-ə qədər azaldıldı. Bu missiya çərçivəsində 23 ildə 4500 ABŞ hərbçisi ölüb.

ABŞ İraqda (Suriyadakı əməliyyatlar daxil olmaqla) hərbi əməliyyatlara və əlaqədar məsələlərə təxminən 2 - 2,9 trilyon dollar xərcləyib. Uzunmüddətli öhdəliklər və dövlət borcuna görə faizlər nəzərə alındıqda isə bu məbləğ 6 trilyon dolları keçə bilər.

Bu əməliyyatlarda kim nə əldə edib?

- İraq ərazi bütövlüyünü qoruyub saxlayıb;

- regionda Qərblə müttəfiq olub;

- təbii sərvətlərinin dünya bazarına çıxarmaq yenə tərəfkeşlər qazanıb;

- müasir silah və hərbi texnika ilə təchiz olunan ordu qurulub;

- ölkənin təriqətlər və etnik əsasda parçalanmasının qarşısı alınıb;

- daxili və xarici terrora qarşı mübarizə üçün müttəfiqlər qazanıb;

- İraqı parçalamaq istəyənləri məyus edib;

- İraqda yeni təhlükəsizlik sisteminin qurulmasına nail olub;

- ölkə terrorçuların təlim düşərgəsi və sığınacaqlarından qurtulmaq istiqamətində imkanlar əldə edib;

- yeni İraqın yaranması üçün fürsətlər qazanılıb və s.

ABŞ-nin 23 illik əməliyyatlar nəticəsində itkiləri olsa da, qazanacağı daha çoxdur. Hər şeydən öncə İraq kimi kabrohidrogenlə zəngin ölkəni tərəfdaş olaraq qazanıb. Bu həm də Yaxın Şərqdə ABŞ başda olmaqla Qərbin iqtisadi-ticarət əlaqəsi saxlaya biləcəyi etibarlı tərəfdaşlıq sayılır. Bu addım ABŞ-nin regionda nüfuzunun artmasına və möhkəmlənməsinə də təsir edə bilər. Bundan başqa, Türkiyə başda olmaqla region ölkələri qarşılıqlı əməkdaşlıq nəticəsində İraqın təhlükəsizliyinin təmin olunmasına töhfə verər. Bölgədə İraqla əməkdaşlıq iqtisadiyyatın inkişaf etməsinə, etnik-mədəni sahədə hüquqların təmininə yardım edər.

Bu proses İraqın qanunsuz silahlı qruplaşmalardan qurtulması üçün də şərait yaradar. Çünki İraqda bir-birinə qarşı olan qanunsuz silahlı dəstələr, təşkilatlar fəaliyyət göstərir. Bura İrana qarşı silahlı mübarizə aparan – Komilə, İran Kürdüstan Demokrat Partiyası, PJAK, İraqda Tehranın siyasi dini-ideologiyası istiqamətində fəaliyyət göstərən "Həşde-əş-Şəəbi", Türkiyənin ərazi bütövlüyü və təhlükəsizliyini təhdid edən keçmiş PKK terror qruplaşmasının qalıqları daxildir.

Məlumatlarda bu istiqamətlərdə razılaşmalar da əks olunub. Yaxın vaxtlarda bu razılaşmaların əməli nəticələrinin müşahidə ediləcəyi istisna olunmur.

Yeri gəlmişkən, 2026-cı il sentyabrın 30-da İraq Nazirlər Şurası "Xalq Səfərbərlik Qüvvələri"nin ("Həşd əş-Şəəbi") fəaliyyətinin tənzimlənməsinə dair rezonans doğuran qanun layihəsini təsdiqləyərək parlamentə göndərmişdi. Sənəd şiə silahlı qrupları birbaşa baş nazirin komandanlığı altında sərt hüquqi çərçivəyə daxil etməyi nəzərdə tutur.

İraqın Baş naziri Əli əz-Zeydi bildirib ki, silahın yalnız dövlət qurumlarının səlahiyyətində saxlanmasına və qanunsuz silahlı dəstələrin ləğvinə yönəlmiş genişmiqyaslı islahat başlanıb. Bu plana uyğun olaraq sentyabrın 30-dan başlayaraq 90 günlük atəşkəs rejimi tətbiq edilir. Bundan sonra mərhələli şəkildə silahların təhvil verilməsinə başlanılacaq. Qanundankənar silahlı birləşmələrin tam ləğvi və dövlət qurumlarına inteqrasiyasını 2027-ci il iyunun 30-dək başa çatdırmaq planlaşdırılır.

İraq hökuməti bu məqsədə nail olmaq üçün bir sıra tədbirlər həyata keçirir. Əvvəllər İraq partiyalarının koalisiyası qruplaşmalardan sentyabrın sonunadək qanunsuz silahları təhvil verməyi tələb etmişdi. Paralel olaraq, mülki dövriyyənin məhdudlaşdırılmasına dair qanun üzərində iş aparılır, buna əsasən ölkədəki bütün silahlar qeydiyyata alınmalıdır.

Beləliklə, ABŞ və koalisiya qoşunlarının bölgədən çıxmasını İraq xalqının yenilik, dəyişiklik, inkişaf, təhlükəsizlik, ərazi bütövlüyü, suverenlik yolunda zəfəri saymaq olar.(Report)

Son xəbərlər

Ronaldoya görə 500 min izləyici itirdilər

Millətlər Liqası: Almaniya Serbiyaya, Portuqaliya Danimarkaya qalib gəlib

“Birliyin Gücü – 2026” başa çatdı - Fotolar

Azərbaycanlı şoumen aliment davasında qalib gəldi

20 illik peşəsindən ayrıldı - "Ən məhsuldar illərim getdi" (FOTO)

Aybəniz Qafarlı : Gəlməyin şəhərə, a kənd qızları - FOTO

Daşdəmir Əjdəroğlu : SÜKUT DANIŞIRDI.... - FOTO

Sevinc Yunuslu : Məni sən gətirmisən... - FOTO

Yusif Nəğməkar : SƏSİN DAN YERİ - FOTO

Messi İspaniyanın “Eldense” klubunu satın aldı

Sumqayıtda 31 yaşlı qadın öldürüldü - Əri saxlanıldı

Ailə modelinin qorunub saxlanması

Xorvatiyada “Azərbaycan musiqisi gecəsi" təşkil olundu - FOTOLAR

"Bütün həyatı məhv etməyə qadir silahlar var" - Putin həyəcan təbili çaldı

47 hakim barəsində intizam tədbiri görülüb, 8 hakimin səlahiyyətinə xitam verilib

Güllü Muradovaya vəzifə verildi

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Röya, Natavan və Elnur bir arada - Fotolar

Beyin həyat boyu iki dəfə dəyişir - 24 və 60 yaşda

Əlimdən tutmaqla könlüm ram olmaz - FOTO

04.10.2026 tarixində saat 11- də MÜCİRƏDDİN BEYLƏQANİ adına ədəbi məclisin növbəti sayı gənc şair ARZU TAHİRQIZININ yaradıcılığına həsr olunacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

ABŞ və koalisiya qüvvələri İraqı tərk edir: uğurlar və hədəflər - ŞƏRH

Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ

TÜRKPA Baş katibi Qazaxıstan Qurultayının sədri ilə görüşüb

Bakıda sabahdan güclü yağış başlayacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Zaqatalada zəlzələ olub

Kamran Əliyev rusiyalı həmkarı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031