Xəbərlər
1.10.2026, 20:43
Əlimdən tutmaqla könlüm ram olmaz - FOTO

Olmaz
Bilmirəm, nə qədər yolunu güdüm?
Allahım, bir belə adam xam olmaz.
Açılar-açılmaz sönər ümidim,
Ümidsiz sevdaya ehtiram olmaz.
Dəlintək dönürəm dövrəndə sənin,
Çəkim diqqətini yoldan ötənin.
Budurmu qədəri olub-bitənin?
Nə qopub üzülər, nə aram olmaz.
İçimdə bir kaman inlər gecələr,
Tək-tənha aşiqlər dinlər gecələr,
Eşqin yolçusunu yönlər gecələr,
Uyğu da gözlərə heç haram olmaz.
Gecəmin taxtında hökm eyləyir Ay,
Qafiləm…
Qafildən sənə nə haray?
Tikə bilmədimsə mülkündə saray,
Uçuq daxma ilə heç aram olmaz.
Son dəfə üzünə bir baxım, gedim
Qurmaq bacarmıram, nə yıxım, gedim?
Burax əllərimi, qoy çıxım gedim,
Əlimdən tutmaqla könlüm ram olmaz
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay




