(Atlaz Rzayinin nəşr olunmuş yeni kitabının təqidmatı)


Son zamanlar Odlar Yurdu Azərbaycanın poeziya paytaxtı olan doğma Cəlilabadın ədəbi mühitinin xanım nümayəndəsi, Turan Yazarlar Birliyinin üzvü, "Həməşəra" və "Nizami Gəncəvi" Fəxri Diplomları, "Ziyadar" Mükafatı, TYB-nin xüsusi Ödülü, "Tomris" və "Turan Ödülü" laureatı, bədii qiraətçi, yazıçı-şair Atlaz xanım Rzayinin sayca ikinci kitabı işıq üzü görmüşdür. Burada həmin kitabla yaxından tanış oluruq...

Ümumi məlumatlar:
Kitabın adı: "Səmimi sətirlər çələngi" ("Səmimi sətirlər çələngi" layihəsi çərçivəsində qələm sahibləri və ziyalıların yazıçı-publisist İlqar İsmayılzadə barədə düşüncələri)
Müəllif: Atlaz Rzayi
Redaktor: İlqar İsmayılzadə
Naşir: "Həməşəra" mətbu orqanı, Cəlilabad
Çap: "Qazi" Çap Mərkəzi
Nəşr olunduğu il: 2026
Çap növbəsi: Birinci
Kağız formatı: 60x90 1/16
Səhifə sayı: 94 səhifə.

Kitab barədə:
Məlum olduğu kimi, yazıçı-şair Atlaz xanım Rzayi tərəfindən bu ilin iyul-avqust aylarında olduqca maraqlı bir ədəbi-ictimai layihə həyata keçirilmişdir.
Əsasən müsahibə formasında gerçəkləşmiş və "Səmimi sətirlər çələngi" adlanan həmin ədəbi-ictimai layihəyə təxminən 50 nəfər ədib, tanınmış ziyalı və dəyərli insanlar cəlb edilmişdir. Məlum kitab isə həmin layihənin nəticəsi olaraq bir yerə toplanaraq kitab formasında çap edilmişdir.
Kitab redaktoru olduğuma görə, yazdığım ön sözlə başlamış, daha sonra müəllif Atlaz xanımın yazdığı giriş yazısı ilə davam etmişdir.
Ardınca isə Cəlilabad rayonu və digər bölgə, şəhər və rayonlardan olan 46 nəfərin barəmdə söylədikləri səmimi fikirlər yer almışdır. Hər bir şəxsin baxışı ayrıca təqdimatı və fotoşəkili ilə verilmişdir. Qeyd etmək lazımdır ki, həmin 46 nəfərdən 26-sı Cəlilabad ədəbi mühitinin tanınmış dəyərli və səmimi nümayəndələrindən ibarətdir.
Bir neçə gün öncə müxtəlif portallarda yayımlanmış "Səmimi sətirlər çələngi layihəsi barədə düşüncələrim" adlı məqaləmdə qeyd etdiyim kimi, Atlaz xanımın həyata keçiridiyi bu layihənin mövzusu mənim şəxsim olsa da, əslində bu layihə daha yüksək və ali hədəflərə xidmət göstərmişdir. Onları qısaca aşağıdakı kimi sadalamaq olar:
1. Cəmiyyət arasında "dəyərləndirmə mədəniyyəti"nin təbliğ edilməsi və bir müsbət hərəkət olaraq təqdimatı;
2. Ədəbi mühitin nümayəndələri arasında səfa-səmimiyyət tellərinin möhkəmlənməsi;
3. Görülən yaxşı işlərə qarşı biganəlik yanaşmasının dolayısı ilə rədd edilməsi...
Bu baxımdan, həmin layihənin kitab formasında hazırlanıb nəşr edilməsi əslində bu dəyərli hədəflərin əbədiləşdirilməsinə bir-başa xidmət göstərmişdir. Buna görə də, Atlaz xanım Rzayinin məlum kitabı onun öncə həyata keçiridiyi ədəbi-ictimai lalyihə qədər dəyərli və təqdirəlayiqdir. Məlumat üçün bunu da qeyd etmək lazımdır ki, ədəbi mühitimizin bir neçə tanınmış dəyərli nümayəndəsinin dəstəyi ilə nəşr edilmiş məlum kitab Atlaz xanım Rzayinin indiyədək işıq üzü görmüş sayca ikinci kitabıdır.

Təşəkkür və diləklər:
Fürsətdən istifadə edib, həyata keçirdiyi "Səmimi sətirlər çələngi" adlı ədəbi-ictimai layihəsi ilə şəxsimə göstərdiyi iltifat və lütfkarlığa, əslində isə ədəbi mühitimizin nümayəndələri arasında qarşılıqlı sayğı və səfa-səmimiyyət tellərinin möhkəmlənməsi üçün göstərdiyi səmimi səy və təlaşa görə dəyərlimiz yazıçı-şair Atlaz xanım Rzayiyə öz minnətdarlığımı bildirir, nəşr edilmiş sayca ikinci kitabına görə təbriklərimi çatdırır, həmçinin, Ulu Tanrıdan ona uzun, sağlam, uğurlu və mənalı-məsud ömür diləyirəm!
SƏMİMİ SƏTİRLƏR ÇƏLƏNGİ...
İlqar İsmayılzadə
(fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, Turan Xalq yazarı, "Ziyadar" Mükafatı, "Qızıl Qələm" və "Zəfər" Media Mükafatları laureatı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist)
06.09.2026

Son xəbərlər

Görməni bərpa edən çip ilk pasiyentə implantasiya edildi

Türkmənistan Prezidenti Bakıya gəldi

Bakıda tozlu hava müşahidə olunur - İki gün davam edəcək

“Özümü xəyanətə uğramış hiss etdim”

Şair Sevil Gül Nur xanımdan "Sənsizlik şəhəri" adlı şeirini sizlərə təqdim edirik!

Erməni əsilli nazir Bakıya gəlir

Məşhur marketdə işə düzəldi, bir gün sonra oğurluq etdi

4 manat üstündə dava - Sürücü döyüldü

10 dəfə Həccə gedən Xalq artistindən məktəbli geyimi açıqlaması

Tələbələr Təhsil Nazirliyinin binasını yandırdılar

Tramp administrasiyasına - Sərt xəbərdarlıq

Baş nazir ev işlərindən şikayətləndi

ABŞ Hörmüzdə İran gəmisini batırdı

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Anasından Nəvainin narkotiklə tutulması ilə bağlı açıqlama

İlon Mask "Starlink"i istəyən ukraynalılara cavab verdi

Bu ərazilərdə işıq olmayacaq

İranda qadın komandir öldürüldü

BELA HÜSEYNOVA : TƏBRİK EDİRƏM, YAQUB BƏY! - FOTOLAR

Kartdan karta köçürülmələrdə komissiya tutulacaq

Zəhəri ilə insanlara təhlükə yaradan 5 canlı - Kiçik görünüşə aldanmayın

14 yaşlı qız dəm qazından boğuldu - FOTO

Xalq artisti evə buraxılıb - Vəziyyəti ağırdır

Oğlumla bir gün əvvəl danışdıq, dedi ki... - Nəsimi Musayevin atası

Almaniyada 18 yaşlı gənc sərnişin avtobusunu qaçırdı

Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib

İstanbulda məktəblərdə 1 günlük tətil elan edildi

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031