Atlaz Rzayi
(Turan Yazarlar Birliyinin üzvü, “Həməşəra” Fəxri Diplomu, “Ziyadar” Mükafatı,
TYB-nin xüsusi Ödülü, “Turan Ödülü” və "Tomris" Ödülü laureatı, bədii qiraətçi, yazıçı-şair)


Şeir mənim həyatımın demək olar ki, bütövlüyü, ruhumun dincliyi, hər şeyin bitdiyi sandığım yerdə dirçələn ümidimdir. Ulu Tanrının mənə verdiyi nemətlər içində bu istedadı da mənə bəxş etdiyi üçün Ona sonsuz şükrüm var. İllərlə çəkdiyim əziyyətlərimin bəhrəsini mənə verən Rəbbimə və sonra isə doğma "Həməşəra" səhifəsinə ürəkdən gələn bir ömürlük minnətdarlıq borcum da var. Məni öz doğma elimə-obama sevə-sevə təqdim edən bu doğma mətbu orqanımız təkcə təqdimatlarla öz işini görmədi. Həm də bizləri ən gözəl ödüllərlə şərəfləndirdi. Təmənna güdmədən, ürək genişliyi ilə bizləri işıqlandırıb, sizlərə təqdim etdi. Adımızı Respublika səviyyəsində görülən ilk möhtəşəm işlərlə birgə zirvələrə qaldırdı. Buna görə dəyərli ziyalımız, əzizimiz “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, Turan Xalq yazarı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist İlqar İsmayılzadə müəllimə sonsuz təşəkkürümü bildirirəm!

Sözün həqiqi mənasında bu gün sizin təmənnasız yaxşılıqlarınızın və əziyyətimizə verdiyiniz ən ali dəyərlərin dəyəri ölçüyə gəlməz. Özünüzün də böyük zövq alaraq təqdim etdiyiniz hər bir ödül üçün xüsusi təşəkkümü bildirir və böyük fəxarət hissi ilə onları təqdim edirəm:

1. Respublika üzrə ilk dəfə yalnız Cəlilabad ədəbi mühitinin xanım yazarlarından ibarət olan "Qələm tutan incə əllər" kitabının (antalogiyasınım) təqdimatı və hədiyyəsi, "Həməşəra" Fəxri Diplomu, Azərbaycan Respublikasının müqəddəs bayrağı və rəmzi məna daşıyan qələm;
2. Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, “Yazarlar.az” portalının təsisçisi və baş redaktoru, AVMVİB-nin, AJB və AYB-nin üzvü, “Qızıl Qələm” Media Mükafatı, "Həməşəra" Fəxri Diplomu, "Hüseyn Cavid" və "Turan Ödülü" laureatı, Prezident təqaüdçüsü, tanınmış nasir, şair və publisist, dəyərli ziyalımız Zaur Ustac müəllimin "Atlaz sətirlər" adlı kitabıma görə təqdim etdiyi "Ziyadar" mükafatı və döş nişanı;
3. Respublika üzrə ilk dəfə milli kimlik mövzusunda yalnız Cəlilabad ədəbi mühitinin yazarlarının Türk kimliyi, Turan və turançılıq məfkurəsi ilə bağlı şeirlərini bir yerə toplayıb, "Turan ellərinin söz çələngi" layihəsi və eyni adlı ədəbi məcmuənin təqdimatı zamanı "Turan ellərinin söz çələngi" kitabı, "Həməşəra" mətbu orqanının nəzdində təsis edilmiş "Turan Ödülü",;
4. Azərbaycan ədəbi mühitinin görkəmli və qocaman nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Turan Yazarlar Birliyinin sədri, Turan Xalq şairi, “Turan Ödülü”, “Həməşəra” Fəxri Diplomu, "Məhəmməd Füzuli" Fəxri Ödülü və "Əsrin yazarı" medalı laureatı, ədəbiyyatşünas, ədəbi təhlilçi və tənqidçi, türkoloq, aşıq, yazıçı-şair Ustad Niftalı Göyçəli müəllimin təsis etdiyi Turan Yazarlar Birliyinin xüsusi ödülü;
5. Ustad Niftalı Göyçəli tərəfindən zəmanət əsasında qəbul edilmiş və imzalanmış TYB-nin üzvülük vəsiqəsi;
6. TYB-nin sədri, Turan Xalq şairi Ustad Niftalı Göyçəli tərəfindən təsdiq və təqdim edilmiş "Tomris" ödülü,..

Bir daha dəyərli ziyalımız İlqar İsmayılzadəyə göstərdiyi diqqət, səmimiyyət və lütfkarlığa görə təşəkkür edir, işlərində davamlı uğurlar arzulayıram!

30.07.2026

Son xəbərlər

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Rusiyanın 3 təyyarəsi və helikopterləri bir gecədə məhv edildi

Karantin rejimi yanvara qədər uzadıldı

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

Bu şəhərlər 100 il sonra yox ola bilər - Siyahı

Cahangir Əsgərovun qızı Nyu-Yorkda 7,5 milyonluq əmlak alıb

“Windows 11”də format dövrü bitdi - Sistem bu yolla yenilənəcək

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Yaşlandıqca immunitet niyə zəifləyir? - Araşdırma

SƏNİ ÇOX SEVİRƏM, YAXŞI Kİ, VARSAN - FOTOLAR

Mərkəzi Bankın səlahiyyətləri artırılır

Rusiyada ayı giləmeyvə toplayan iki kişini parçalayıb

Azərbaycan ilə Malayziyanın turizm əlaqələri müzakirə olunub

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Filippin və Danimarka ilə qarşılaşacaqlar

Türk oğlu türk- NİCAT ƏRTÜRK

"O kəndə "Kərki" deməsək, müharibə qaçılmaz olacaq" - Paşinyan

“Ararat” və “Milan”dan məğlubiyyət - AL-də gecənin nəticələri

Bu ərazilərdə işıq olmayacaq

Lənkəranda qəzada ölənlərin sayı artdı - YENİLƏNİB

84 ildir işıqsız və susuz yaşayır - "Heç nəyin çatışmadığını hiss etmirəm"

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Trampın sağ əli xərçəngə qalib gəldi

ÜRƏYİNDƏ LAÇINI GƏZDIRƏN, YAŞADAN QADIN - FOTOLAR

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930