Turaztv.az » Xəbərlər » Polşada təyyarələrdə bomba təhlükəsi ilə bağlı 20-dən çox yalan məlumat qeydə alınıb
Xəbərlər

Polşada təyyarələrdə bomba təhlükəsi ilə bağlı 20-dən çox yalan məlumat qeydə alınıb

06.11.2026, 14:49 2
Polşada təyyarələrdə bomba təhlükəsi ilə bağlı 20-dən çox yalan məlumat qeydə alınıb

Son günlər Polşada sərnişin təyyarələrində bomba təhlükəsi ilə bağlı 20-dən çox yalan məlumat qeydə alınıb.

Bu barədə "Polskie Radio" "Eurocontrol" təşkilatının məlumatına istinadən bildirib.

Təşkilat qeyd edib ki, vəziyyəti izləyir və hava nəqliyyatında mümkün fasilələri minimuma endirmək üçün bütün Avropa üzrə aviaşirkətlər, hava limanları, aeronaviqasiya xidmətləri təchizatçıları və digər təşkilatlarla sıx əməkdaşlıq edir.

Noyabrın 5-də 14 reysdə, noyabrın 3-də isə 7 reysdə partlayış təhlükəsi barədə bildirilib. "Eurocontrol" bu məlumatları həmin günlərdə həyata keçirilən reyslərin sayı ilə müqayisə edib və qeyd edib ki, partlayışlar barədə yalan məlumatlar hava hərəkətində gecikmələrə səbəb olmayıb.

Qeyd edək ki, dünən bir sıra Avropa ölkələrində partlayış təhlükəsi barədə 12 məlumat qeydə alınıb.

Oxşar xəbərlər