Turaztv.az » Xəbərlər » SEVİNC YUNUSLU : Bir də sənin gözlərindən çəkdiyim son mənzərə.. - FOTO
Xəbərlər

SEVİNC YUNUSLU : Bir də sənin gözlərindən çəkdiyim son mənzərə.. - FOTO

31.10.2026, 00:03 7
Necədi mənsiz, sevdiyim, orda sübh açılırmı,
Yağış öpürmü üzündən pəncərənin sübhəcən?
Buz tuturmu zirvəsindən Qafqaz Sıra dağları
Ankara batıb yağışa nə deyim e dibəcən..

Sənə görə qürbət el də mənə vətən kimiydi
Adın düşmür bircə an da dilimdən, ağızımdan.
Bilirsən mi, yer üzündə atılmış qadınların
Göz yaşları süzülür Bosforun boğazından..

Mənim yenə boğazımdan bircə damla su keçmir
Sənsiz hər yer boz təpədi, üşüyürəm, donuram.
Milyon ildi İstanbulda göy üzündən qu keçmir
Mən də bu an adını bir ağaca yonuram..

Buludlardan yol çəkirəm sənə Bakı - Çankaya,
Az qalıram Mərmərədən avar çəkim Xəzərə..
Yenə mənəm, qürbət eldi, son bahardı, Ankara,
Bir də sənin gözlərindən çəkdiyim son mənzərə..

SEVİNC YUNUSLU : Bir də sənin gözlərindən çəkdiyim son mənzərə.. - FOTO

Oxşar xəbərlər