Xəbərlər
Pərvanə Zalamlı : Gəlmə payız, hələ arzum yol gedir! - FOTO

Gəlmə payız, hələ. arzum yol gedir,
Bir bahara çatmaq üçün tələsir.
Arzuların üstə yağır yağışlar,
Yoılarıma tufan əsir, yel əsir.
Hələ tumurcuqıar çiçək açmayıb,
Ötən ömrə günəş işıq saçmayıb.
Hələ bülbül gülbağıma uçmayıb,
Gəlmə. payız, hələ arzum yoı gedir.
İstəmirəm xəzan olsun arzular,
Donub qalsın ürəyimdə duyğular.
Payız məni hara çəkib aparar!?
Gəlmə payız hələ arzum yol gedir.
Dolanıram, ömür adlı yoxuşda,
Qalıb könlüm bir ağlayan baxışda.
Gedirəm mən leysan olub yağışda,
Gəlmə payız, hələ arzum yol gedir!














