Turaztv.az » Xəbərlər » Qaxda meşə göbələyi yeyən 7 nəfər zəhərləndi
Xəbərlər

Qaxda meşə göbələyi yeyən 7 nəfər zəhərləndi

01.11.2026, 00:13 4
Qax rayonunda 7 nəfərin qidadan zəhərlənməsi faktı ilə bağlı araşdırma aparılıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Unikal"a verilən məlumata görə, ilkin araşdırmalar nəticəsində zəhərlənmənin meşəlik ərazidən toplanılan yabanı göbələklərin istehlakı səbəbindən baş verdiyi müəyyən edilib.

Agentlik bununla əlaqədar əhaliyə müraciət edərək mənşəyi məlum olmayan, növü dəqiq müəyyən edilməyən, tanımadıqları və yeməli olduğuna əmin olmadıqları yabanı göbələkləri toplamamağa və istehlak etməməyə çağırıb.

Qeyd edək ki, oktyabrın 29-da Qaxda 7 nəfər qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlardan 2-si ambulator müalicə üçün evə buraxılıb, 5 nəfər isə Bakıdakı Kliniki Tibbi Mərkəzə təxliyə edilib. Son məlumata görə, həmin şəxslərin vəziyyəti orta ağır qiymətləndirilir.

Oxşar xəbərlər