Xəbərlər
Dərdim kimi ağır bulud - FOTO
ƏZİZƏ AĞAHÜSEYNQIZI
BULUD
Yenə dolub könlüm kimi,
Həzin - həzin yağır bulud.
Sızıldayır, inildəyir,
Kövrək bulud, fağır bulud.
Ehtiyacı var söykəyə,
Yavaş - yavaş dərdin deyə,
Ürəyini yeyə - yeyə,
Göydən yeri çağır bulud.
Kim deyir ki, qəmi yoxdu,
Gözlərinin nəmi yoxdu,
Onun dərdi məndən çoxdu,
Dərdim kimi ağır bulud.
YAĞIŞ
Kirimir, ağlağan uşağa dönüb,
Əlləri üzündə qaşığa dönüb,
Sinəsi nəğməli aşığa dönüb,
Çalır buludların qəmini yağış.
Ələnir təbimin çiyinlərinə,
Bələnir sətrimin əyinlərinə,
Uçurub göylərin ənginliyinə,
Tutubdu ruhumun dəmini yağış.
Nə "do"da, nə "mi"də kökləyə bilmir,
Elə pəjmürdədi gözləri gülmür,
Əlləri "dolu"du gözünü silmir,
Yağır yağmadığın cəmini yağış.


BULUD
Yenə dolub könlüm kimi,
Həzin - həzin yağır bulud.
Sızıldayır, inildəyir,
Kövrək bulud, fağır bulud.
Ehtiyacı var söykəyə,
Yavaş - yavaş dərdin deyə,
Ürəyini yeyə - yeyə,
Göydən yeri çağır bulud.
Kim deyir ki, qəmi yoxdu,
Gözlərinin nəmi yoxdu,
Onun dərdi məndən çoxdu,
Dərdim kimi ağır bulud.
YAĞIŞ
Kirimir, ağlağan uşağa dönüb,
Əlləri üzündə qaşığa dönüb,
Sinəsi nəğməli aşığa dönüb,
Çalır buludların qəmini yağış.
Ələnir təbimin çiyinlərinə,
Bələnir sətrimin əyinlərinə,
Uçurub göylərin ənginliyinə,
Tutubdu ruhumun dəmini yağış.
Nə "do"da, nə "mi"də kökləyə bilmir,
Elə pəjmürdədi gözləri gülmür,
Əlləri "dolu"du gözünü silmir,
Yağır yağmadığın cəmini yağış.











