Turaztv.az » Xəbərlər » Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
Xəbərlər

Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR

31.10.2026, 21:48 4

Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq.

Noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, noyabrın 10-u da qeyri-iş günü olacaq.

Beləliklə, noyabrın 7-si, 8-i, 9-u və 10-u ardıcıl olaraq qeyri-iş günləri olacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, noyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün ümumilikdə 11, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 7 qeyri-iş günü olacaq.


Oxşar xəbərlər