Xəbərlər
Pərvanə Zalamlı : Döyüşün sonuna qurbanam, əsgər!- FOTO

Qurbanam, əsgər!
Sübhədək dayanır, səngərdə oyaq,
Qəbrəman adına qurbanam, əsgər!
Əlində silahı Vətənə dayaq!
Yuxusuz canına qurbanam, əsgər!
Soyuğu, yağışı, qarı bilməyən
Vətən qayıtmasa üzü gülməyən.
Odlu güllələrin səsin dinləyən,
Keçən hər anına qurbanam, əsgər!
Dikilib arxanca neçə baxışlar,
Söyləyir yoluna dua, alqışlar.
Yağma səngərlərə, yağma yağışlar,
Müqəddəs qanına qurbanam, əsgər!
Tutub əllərində Vətən bayrağı,
Olubdu Zəngilan, Murov oylağı.
Alın zirvələri, , alın yaylağı!
Döyüşün sonuna qurbanam, əsgər!













