Xəbərlər
Məmməd QƏDİR : Döz qocalanda - FOTO
Cənnətdəyik, hələ harasıdır ki,
Qiyamət qopacaq biz qocalanda.
Bərkə-boşa girir, hər şeyi tikib,
Çarıqdan eymənir biz qocalanda.
Bizsiz bircə çarıq qayırmaq olmur,
Nəfsi vədlərlə doyurmaq olmur,
Şeytanı, mələyi ayırmaq olmur,
Qaş yaşa dolanda, göz qocalanda.
Korsan, bəsirətin gözləriylə bax,
Dirilərin ölü, ölənlərin sağ,
Saxlaya bilmirdi nə yoxuş, nə dağ,
Enişdə sürüşür diz qocalanda.
Tez özünə gizlənc ayır, basacaq,
Fələk bildiyini sayır, basacaq,
Ayaq basılmasa çayır basacaq,
Cığır yaşlananda, iz qocalanda.
Tikanlar sahibmiş gül taleyinə,
Ağla aqibətə, gül taleyinə,
Min şükür eyləyir kül taleyinə,
Ocaqlar dağılır köz qocalanda.
Köz də sabahına havanı dinlər,
Döşəmə səcdələr tavanı dinlər,
Təzəyə meyl edib, cavanı dinlər,
Dil dillənməz olar söz qocalanda.
Nə olsun doludur ömür rəfləri,
Oxuyan varmı ki, tuta səhvləri,
Məmməd, gülüb keçdi adam kefləri,
İtin əzabına döz qocalanda...
Qiyamət qopacaq biz qocalanda.
Bərkə-boşa girir, hər şeyi tikib,
Çarıqdan eymənir biz qocalanda.
Bizsiz bircə çarıq qayırmaq olmur,
Nəfsi vədlərlə doyurmaq olmur,
Şeytanı, mələyi ayırmaq olmur,
Qaş yaşa dolanda, göz qocalanda.
Korsan, bəsirətin gözləriylə bax,
Dirilərin ölü, ölənlərin sağ,
Saxlaya bilmirdi nə yoxuş, nə dağ,
Enişdə sürüşür diz qocalanda.
Tez özünə gizlənc ayır, basacaq,
Fələk bildiyini sayır, basacaq,
Ayaq basılmasa çayır basacaq,
Cığır yaşlananda, iz qocalanda.
Tikanlar sahibmiş gül taleyinə,
Ağla aqibətə, gül taleyinə,
Min şükür eyləyir kül taleyinə,
Ocaqlar dağılır köz qocalanda.
Köz də sabahına havanı dinlər,
Döşəmə səcdələr tavanı dinlər,
Təzəyə meyl edib, cavanı dinlər,
Dil dillənməz olar söz qocalanda.
Nə olsun doludur ömür rəfləri,
Oxuyan varmı ki, tuta səhvləri,
Məmməd, gülüb keçdi adam kefləri,
İtin əzabına döz qocalanda...













