Turaztv.az » Xəbərlər » ŞƏHİDLƏR ÖLMƏZ! - FOTO
Xəbərlər

ŞƏHİDLƏR ÖLMƏZ! - FOTO

31.10.2026, 00:02 15
Ötən gün nur üzlü şəhidimizin anım günüdür. Mənzər Qarayeva xanımın qardaşıdır əziz şəhidimiz. Mənzər xanımın hər paylaşımı qəlbimi sızladır.
Şəhidimizin ruhu şad olsun! Mənzər xanım sizlərə səbr diləyirəm.

Şəhidlər ölməz! Qəbələ( Tüntül kəndi) şəhidimiz Ağayev Tapdıq Çingiz oğlu(02.12.1990–30.10.2020)

Aldın düşmən əlindən,
Zəbt olunmuş torpağı.
Dalğalanır zirvədə,
Azərbaycan bayrağı.

Səninlə fəxr eyləyir,
Qohum, qonşu, qardaşım.
Düşmənə qan udduran,
Mənim igid qardaşım.

Yoxluğunla barışmır,
Bil, bacının ürəyi.
Gözüm qalıb yollarda
Ay, evimin dirəyi.

Könüllərdə taxt qurub,
El eşqi daşıyanım,
Şəhidliklə sən ölməz,
Daimi yaşayanım.

ŞƏHİDLƏR ÖLMƏZ! - FOTO
Vüsalə Sədi Tağızadə

Oxşar xəbərlər