(“Turan ellərinin söz çələngi” layihəsinin yekunu və eyniadlı ədəbi məcmuənin təqdimat mərasimindən reportaj)

Bu gün – 30.05.2026-cı il tarixində “Həməşəra” müstəqil, elmi, tarixi, mədəni və ictimai rüblük mətbu orqanı və Cəlilabad Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) birgə təşkilatçılığı ilə Cəlilabad şəhər MKS-nin inzibati binasında fəlsəfə üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi və Turan Yazarlar Birliyinin üzvü, yazıçı-publisist İlqar İsmayılzadənin cari ilin son ayları ərzində (24.03.2026-04.05.2026) Cəlilabad ədəbi mühitinin bir qrup şairlərinin iştirakı ilə uğurla həyata keçirdiyi “Turan ellərinin söz çələngi” adlı layihənin yekun mərhələsi olaraq işıq üzü görmüş eyniadlı kitabının (ədəbi məcmuə və ya antalogiyanın) təqdimat mərasimi keçirildi.
Vətən və dövlətçilik uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin anılması hədəfi ilə 1 dəqiqəlik sükutla başlayan tədbirdə rayonun bir qrup tanınmış ziyalı simaları, ictimaiyyət nümayəndələri, müəllimlər və xüsusilə də Cəlilabad ədəbi mühitinin parlaq simaları iştirak etdilər və yüksək səviyyədə, həm də mənəvi aurada keçirilən tədbir iştirakçıların məmnuniyyəti ilə yadda qaldı.
Tədbirin aparıcısı, eyni halda layihə rəhbəri və kitab müəllifi yazıçı-publisist İlqar İsmayılzadə öz çıxışında ərsəyə gəlmiş kitabla bağlı əhatəli məlumat verərək, indiyədək rayon, bölgə və respublika səviyyəsində milli kimlik, türkçülük, Turan məfkurəsi və turançılıqla bağlı belə bir ədəbi məcmuənin qeydə alınmadığı, “Turan ellərinin söz çəlləngi” layihəsi çərçivəsində ərsəyə gəlmiş eyniadlı kitabın uyğun mövzuda ilkə atılmış bir imza olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.
O, hər bir vətəndaşın və xüsusilə də söz və qələm əhlinin öz milli kimliyinə sadiq qalmasını bir vazkeçilməz zərurət adlandıraraq, milli kimliyin tarix, mədəniyyət, dil və milli-mənəvi dəyərlər anlamında olduğu və qanunvericilik baxımından milli kimliyin qorunması və yaşadılmasına icazə verildiyini, yalnız ifrat millətçilik və milli-irqi ayrıseçkiliyin qanunvericilik baxımından yasaqlandığını bildirdi.
İ.İsmayılzadə söhbətinin davamında indiyədək həmin layihə çərçivəsində Cəlilabad ədəbi mühitindən 24 şairin təsbit edildiyi və onların milli kimliklə bağlı bir-birindən gözəl və dərinmənalı şeirlərinin “Turan ellərinin söz çələngi” adlı ədəbi məcmuədə nəşr olunduğunu vurğuladı.
Tədbirdə iştirak edən Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndələrindən:
Ustad Zülfi Vellidağ (Cəlilabad Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, TYB-nin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, ədəbiyyatşünas, yazıçı-şair);
Solmaz xanım Məmmədova (keçmiş SSRİ Jurnalistlər Birliyinin üzvü, “Qönçə” Yaradıcı Qadınlar Birliyinin sədri, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, veteran jurnalist, yazıçı-publisist, şair);
Gülşən xanım Şahmuradlı (TYB-nin üzvü, “Qızıl Qələm” Media Mükafatı, “Həməşəra” Fəxri Diplomu və TYB-nin Ödülü laureatı, şair);
Turan Xalq şairi Şəhla xanım Rəvan (Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 saylı orta məktəbin direktoru, eyni halda Cəlilabad ədəbi mühitinin görkəmli xanım nümayəndəsi, Turan Yazarlar Birliyinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları, “Ziyadar” Mükafatı və “Ustad Niftalı Göyçəli” Ödülü laureatı, Turan Xalq şairi, ədəbiyyatşünas, ədəbi təhlilçi və tənqidçi, şair);
Seylan xanım Abbas (TYB-nin üzvü, “Həməşəra” Fəxri Diplomu laureatı, şair);
Mikayıl İnçəçaylı (TYB-nin üzvü, “Həməşəra” Fəxri Diplomu laureatı, bədii qiraətçi, şair);
Elnur Qoca Türk (TYB-nin üzvü, veteran pedaqoq, tədqiqatçı, riyaziyyatçı, “Muğan Tarixçilər Birliyi”nin üzvü, şair);
Xəlil Fərəməzoğlu (pedaqoq, “Həməşəra” Fəxri Diplomu laureatı, yazıçı-publisist);
Adıgözəl Nuriyev (“Həməşəra” Fəxri Diplomu laureatı, veteran pedaqoq, bədii qiraətçi);
Sakit Üçtəpəli (TYB-nin üzvü, “Həməşəra” Fəxri Diplomu laureatı, şəhid qardaşı, yazıçı-şair);
Cəlil Ələsgərov (biologiya elmləri namizədi, fizioloq, “Həməşəra” Fəxri Diplomu laureatı, TYB-nin üzvü, şair-publisist);
Müşahidə xanım Nərimanova (“Həməşəra” Fəxri Diplomu laureatı, kitabxanaşünas, bədii qiraətçi, şair);
Gülcahan xanım Xürrəm (“Həməşəra” Fəxri Diplomu laureatı, qəzəlxan-şair);
Qurban Əhməd (I Qarabağ Savaşının iştirakçısı, qazi, “Həməşəra” Fəxri Diplomu laureatı, Azad Yazarlar Birliyi, TYB və AJB-nin üzvü, yazıçı-publisist, jurnalist və şair);
Azər Mirzə (TYB-nin üzvü, “Həməşəra” Fəxri Diplomu və TYB-nin Ödülü laureatı, şair);
Hicran xanım Əhmədli (TYB-nin üzvü, “Sarı Aşıq” Sazlı-Sözlü Borçalı Ədəbi Məclisinin üzvü, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları, TYB-nin Ödülü” və “Həməşəra” Fəxri Diplomu laureatı, bədii qiraətçi, yazıçı-şair);
Sevinc xanım Şirvanlı (TYB-nin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları, “Ziyadar” Mükafatı və TYB-nin Ödülü laureatı, şair);
Arzu xanım Əyyarqızı (AYB, AJB və TYB-nin üzvü, “Həməşəra” Ədəbi Məclisinin yaradıcısı və rəhbəri, “Zərif kölgələr” ədəbi portalının İdarə Heyətinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları və “Ziyadar” Mükafatı laureatı, şair-publisist);
Atlaz xanım Rzayi (TYB-nin üzvü, “Həməşəra” Fəxri Diplomu, “Ziyadar” Mükafatı və TYB-nin Ödülü laureatı, bədii qiraətçi, yazıçı-şair)…
Həmçinin, rayonun tanınmış ziyalılarından, təhsil, mədəniyyət və incəsənət adamlarından olan:
Hacı Paşa Rüstəmov (Əmək zərbəçisi və Əmək veteranı, “Həməşəra” və “Dədə Qorqud” Fəxri Diplomları laureatı);
Dadaş Bayramov (“Həməşəra” Fəxri Diplomu laureatı, veteran pedaqoq);
Azər Əsgər (Musavat Partiyasının Cəlilalab Rayon Təşkilatının sədri, “Həməşəra” Fəxri Diplomu laureatı, tarix müəllimi, veteran pedaqoq, qazi atası);
Xatirə xanım Quliyeva (“Həməşəra” Fəxri Diplomu laureatı, ədəbiyyatşünas, veteran pedaqoq);
Akif Mədədli (Muğam ifaçısı, “Həməşəra” Fəxri Diplomu laureatı);
Qənimət xanım İsrafilova (Cəlilabad MKS-nin direktoru, “Həməşəra” Fəxri Diplomu laureatı, kitabxanaşünas);
Elçin Cəlil oğlu Ələsgərov (Antiterror əməliyyatının iştirakçısı);
Aydan Mənsimli və s. öz çıxışlarında yazıçı-publisist İlqar İsmayılzadənin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş “Turan ellərinin söz çələngi” adlı layihəni yüksək dəyərləndirdilər, layihə rəhbəri və kitab müəllifinə uğurlar arzuladılar.
Tədbir iştirakçıları eyni halda yazıçı-publisist İlqar İsmayılzadənin doğum günü və 50 illik yubileyi münasibətilə ona səmimi təbriklərini çatdırıb hədiyyələr təqdim etdilər.
Tədbirin davamında bu yaxınlarda TYB tərəfindən “Turan Xalq şairi” fəxri adına layiq görülmüş Şəhla xanım Rəvana TYB-nin xüsusi bildiriş lövhəsi, həmçinin, “Həməşəra” mətbu orqanı tərəfindən rayonun bir qrup tanınmış simalarına “Həməşəra” Fəxri Diplomu, Turan Yazarlar Birliyinin Ödülü və TYB-nə yenicə üzv qəbul edilmiş bir neçə nəfərə üzvülük vəsiqəsi, xüsusilə də layihədə iştirak etmiş şəxslərə yenicə təsis edilmiş “Turan Ödülü” və kitab hədiyyələri təqdim edildi. Tədbir xatirə şəkillərinin çəkilişi ilə yekunlaşdı.
Məlumatı hazırladı: İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi, Azərbaycan Yazıçılar Birliyi və Turan Yazarlar Birliyinin üzvü, TYB İdarə Heyətinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist.

Son xəbərlər

Prezidentin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri ilə Bişkekdə görüşünə dair paylaşım edilib

Pakistanda gömrük binasına hücum nəticəsində 6 nəfər ölüb

Ermənistana bir qərinə bağlı qalan qapılar – İrəvanın sərhəd sınağı - ŞƏRH

Suriyada hərbi sursat daşıyan avtobus partlayıb, ölənlər və yaralılar var

Hərbçilərin müayinə nəticələrinə müdaxilə edəcəyini vəd edən bir nəfər həbs olunub, digəri cərimələnib

Kino Agentliyi 3 illik auditor seçib

Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub

Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edir - YENİLƏNİB

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Nepal-Çin sərhədində daşqınlarda ölənlərin sayı 1000-i ötüb

İlham Əliyev Peter Pelleqrinini təbrik edib

Zəkurə Quliyeva — qələmi Qarabağın yaddaşına çevrilən qadın

"SƏMİMİ SƏTİRLƏR ÇƏLƏNGİ" LAYİHƏSİ BARƏDƏ DÜŞÜNCƏLƏRİM...

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB

İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə çıxışı gözlənilir

Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb

Bir uğurlu layihənin hesabatı...

Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi açıqlanıb

Cənubi Qafqaz - Mərkəzi Asiya ortaq təhlükəsizlik sistemi: Təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı verib

"DSports": "Sabah" müasir futbol məntiqinə meydan oxuyub

Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

Azərbaycan-ŞƏT münasibətləri: Çoxşaxəli əməkdaşlıqdan strateji tərəfdaşlığa - ŞƏRH

İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib

Kamran Əliyev: Azərbaycan və Çin Baş prokurorluqları arasında səmərəli əməkdaşlıq mövcuddur

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930