Aydın Məşədi Nəriman oğlu Mehrəliyev 3 oktyabr 1946-cl ildə Ağdam şəhərində anadan olmuşdur. Babası Qarabağın klassik xanəndəsi Bahadır Mehrəli oğlu, atası isə Qarabağın məşhur tarzəni Məşədi Nəriman Bahadır oğlu olmuşdur. Ailələrində daim musiqi sədaları eşidildiyindən Aydının da musiqiyə marağı və həvəsi getdikcə artmışdır.

Aydın ilk tar çalmağı atasından öyrənmiş, öz üzərində daim çalışmışdır. Ağdam Musiqi Məktəbini, daha sonra musiqi texnikumunu bitirmiş, təhsilini davam etdirərək 1973-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını müvəffəqiyyətlə başa vurmuşdur.
Babası Bahadır Mehrəli oğlunu, Seyid Şuşinskini, Musa Şuşinskini, Bəylər
Nəcəfovu, Şelli Məhəmmədi , Aydın Məmmədovu, Aydın Niftalı oğlunu, Hafiz Sədirzadəni, Barat Fərhadovu, Baxşeyiş Hüseynovu, sonralar isə Sədi Məmmədovu, Qədir Rüstəmovu, Paşa Əsədovu, Şahmalı Kürdoğlunu, Arif Babayevi, Yaqub Məmmədovu, Hüseyn Hüseynovu , Əlisəfa Məmmədovu və bir çox başqa xanəndələri tarda müşayiət etmişdir.

Onu da xüsusilə qeyd edək ki Aydın Mehrəliyev ustad sənətkarımız Qədir Rüstəmovu 40 il sərasər həm Ağdamda , Bakıda ,Azərbaycan radiosunda , kənd zəhmətkeşləri qarşısında müşayiət etmiş , , dövlət tədbirlərində fəal iştirak etmişdir.Aydln müəllim Qədir Rüstəmovu səhhəti ilə bağlı yorulmağa qoymurdu,ara çalğı , Yəni rənglər , diringələr ifa edərək ustad sənətkarın hörmətini qazanmışdır.
Xanəndəni müşayiət etmək hər bir ifaçıdan məharət tələb edirdi
Aydın müəllim həm tarzən, həm müşayiətçi, solist və həm də müəllimdir. Hər tar ifaçısında bu üç peşənin vəhdət təşkil etməsi hər kəsə nəsib olmur.Aydın Mehrəliyev məhz belə fitri istedad sahibidir.
1977–1978-ci tədris ilindən etibarən Aydın Mehrəliyev Qurban Pirimov adına Ağdam 2 saylı Musiqi Məktəbinin direktoru vəzifəsində çalışmış, bu məsul vəzifəni 33 il ərzində layiqincə yerinə yetirmişdir.
Ağdam Şur Ansamblının üzvü kimi bir çox mötəbər konsertlərdə və televiziya verilişlərində iştirak etmişdir. Ansamblın 47 və 48 qızıl medal qazanmasında onun da böyük xidmətləri olmuşdur.
Bakıda ilk «Pambıqçı» televiziya jurnalı yaranarkən, ilk verilişində xanəndə Haqverdi Quliyevlə birlikdə Aydın Mehrəliyev tarda müşayiət etmiş, canlı ifa zamanı «Mirzə Hüseyni segahı» muğamını çalıb-oxumuşlar.
Xüsusilə qeyd edək ki, 12 klassik muğamlardan 6-cısı olan " İsfahan" muğamı
10 cu əsrdən 18 - ci əsrə qədər gəlib çatmış, sonralar isə unudulmuşdur.
Aydın Mehrəliyev 17 hissə olan bu muğamı 35 şöbəyə- güşəyə həm bərpa etmiş ,həm də yaratmışdır .
" İsfahan" muğamı 12 əsas muğamdan biridir. Bu ən böyük yenilikdir, ən böyük işdir.
Bu muğamın adını musiqiçilər eşitsə də , bu haqda heç bir fikirləri olmayıb. Aydın müəllim iki il bu muğamın üzərində işləmiş, çalışmış və bu muğamı həm bərpa etmiş və yaradaraq muğam sənətini yaratmışdır .
Onu da bildirək ki, Əmir Xosrov Dəhləvinin sarayında Barbət adında bir musiqişunas olub .O,
8 muğam parçasının bəstəkarı olmuş, bir neçə musiqi alətinin iştirakçısıdır.İsfahan muğamını da Barbət yaratmışdır.Bu muğam 10 cü əsrdən 18 ci əsrə qədər gəlib çatmış, sonralar unudulub, dağılıb, həmin muğamın tərkibində olan muğam şöbələri başqa muğamın tərkibində keçmiş və ya ayrıca bir muğam olmuşdur. Bu muğamın özünə qaytarılmasında Aydın Mehrəliyevin xidmətləri unudulmazdır.17 şöbədən ibarət olan İsfahan muğamını Aydın müəllim 35 şöbəyə- guşəyə çatdırmışdır.
Bu haqda Aydın Mehrəliyev Azərbaycan Mədəniyyət jurnalında
" İsfahan muğamının ikinci həyatı " başlıqlı elmi məqalə yazaraq çap etdirmişdir.
Aydın müəllim onlarla tanınmış musiqiçi yetişdirmişdir. Bu gün də sənətin incəliklərini öz ustad müəllimindən öyrənən çoxsaylı tələbələri vardır. Tələbələrinin uğurlarına sevinən Aydın müəllim bu gün də gənclik eşqi ilə yaşayır. Doğma Qarabağımızın işğaldan azad olunması onu hədsiz dərəcədə sevindirmişdir.
Aydın Mehrəliyevin "Muğamlarda Ritmik Gəzişmələr" adlı üç kitabı çapdan çıxmış və gənc musiqiçilər tərəfindən maraqla qarşılanmışdır. 228 səhifədən ibarət olan bu kitabda rənglər, rəqslər, pyeslər və mahnılar toplanmışdır.4 yüngül janrda Aydın müəllim əsərlərini, bəstələrini yazaraq çap etdirmişdir.
O, həmçinin 25-dən çox mahnı və digər yüngül janrlı musiqi əsərləri bəstələmişdir.
Aydın müəllimin üç övladı, yeddi nəvəsi var. Hazırda təqaüddə olsa da, o, sədəfli tarından bir an belə ayrılmır. Musiqiyə olan sonsuz sevgisi, sənətinə bağlılığı və zəngin təcrübəsi ilə gənc nəslə nümunə olmaqda davam edir.
Oktyabrın 3-də ustad tarzən Aydın Mehrəliyevin 80 yaşı tamam oldu .
Bu əlamətdar yubiley münasibətilə onu bütün dostları, tələbələri və doğmaları adından ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və yeni yaradıcılıq uğurları arzulayıram.
İnanıram ki, Mədəniyyət Nazirliyi tərəfindən bəlkə də indiyədək diqqətdən kənarda qalmış ustad sənətkarımızın – tarzən Aydın Mehrəliyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafı və muğam sənətinin yaşadılması sahəsindəki xidmətləri layiqincə qiymətləndiriləcəkdir.
Ümid edirəm ki, ölkə Prezidenti başda olmaqla, Mehriban xanım Əliyevanın muğam sənətinin qorunması və təbliği istiqamətində göstərdiyi diqqət və qayğı sayəsində Aydın Mehrəliyevin də uzun illik xidmətləri nəzərə alınacaq və o, layiq olduğu yüksək mükafatlarla təltif ediləcəkdir.
AYDIN MEHRƏLİYEV – 80
Rauf İLYASOĞLU
«Həkəri» qəzetinin baş redaktoru,
şair-publisist

Son xəbərlər

Xudafərin körpüsünün işğaldan azad edilməsindən 6 il ötür

Azərbaycanın müstəqilliyini bərpa etməsindən 35 il ötür

Müstəqil Azərbaycan 35 yaşında!

İran da Məkkə Sazişinə qoşulur?

Bu serial da final edir

Bu məhəllədə hamının soyadı eynidir

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

İNSANLARIN BƏZİLƏRİNƏ NİYƏ İNAM YOXDUR? YAXUD ONLARDA İNAMSIZLIQ HARADAN QAYNAQLANIR?

Atlaz Rzayi : Getmək istəsən - FOTO

AY QARDAŞIM BU GÜN SƏNİN DOĞUM GÜNÜNDÜR... - FOTO

20 dəqiqəyə ölüm hökmü verilən məşhur alim – “Bizim küçələr”

Ürək köçürülməsi insanın xarakterini dəyişə bilər? - Araşdırma

Hicran Fuad Əhmədlinin "Qapımı döyən səs" adlı şeir kitabının və "Zülmətdən işığa doğru", "Qan qoxu" adlı hekayə kitablarının təqdimat mərasimi keçirildi - FOTOLAR

Pərvanə Zalamlı : Mənə sadiq yol yoldaşı ol ,ömrüm! - FOTO

Günel Bədəlova Federasiyanın vitse-prezidenti seçildi

Ərindən sonra qızını da itirdi - FOTOLAR

Eyni serialda baş rolu oynayacaqlar

AYDIN MEHRƏLİYEV – 80

Qızbəs QƏBƏLƏ : VAĞZALLAR ( Hekayə)

Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

Bakıda İndoneziya mətbəxi və mədəniyyəti festivalı keçirilib

Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb

XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür

Azərbaycan Premyer Liqasında bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031