Xəbərlər
13.10.2026, 12:13
Söz mülkünün sultanı Söz Allahın hər kəsə nəsib etmədiyi bir nemətdir. Buna sahiblənmək isə var-dövlət, səadətdir.
Pərvanə Zalamlı
Dəyərli bacım, əvəzolunmaz jurnalistimiz, gözəl ziyalı, gözəl ürəklim Gülnar Əsədli. Mənim yaradıcılığıma verdiyiniz. bu yüksək dəyərə malik olan geniş. məqalə. üçün sizə sonsuz təşəkkürümü bildirirəm. Qələminiz həmişə. yazar olsun. Tanrı sizə güc-qüvvət versin daima. Ziyalı insanların ömrünə öz gözəl kəlmələrinizlə. bəxş etdiyiniz nur kimi, ömrünüz olsun.
Söz mülkünün sultanı
Söz Allahın hər kəsə nəsib etmədiyi bir nemətdir. Buna sahiblənmək isə var-dövlət, səadətdir.
Sizlərə sosial-şəbəkədə sözünə, təbinə, ifasına çoxlarının heyran olduğu bir xanım şairədən danışmaq istəyirəm. Mənim kimi o da qəm pialəsinin şərbətindən içib. Dərin məhəbbətlə bağlandığı, onu nazla, nəvazişlə əzizləyən atasını qəfil itirəndə ağır xəstəliyə düçar olub. 3 il qəmli, kədərli halda gözləri yollara dikilib. “Ata” deyib haray çəkib. Harayına çatmayan atasının yoxluğu onu ölümə doğru apararkən atasını bir gecə yuxuda görür və Allahın möcüzəsi ilə yenidən həyata qayıdır.
O ,ilıq yaz səhərində mayın 17-də Qəbələnin Zalam kəndində dünyaya göz açıb. Ailənin ilki iki qardaşın göz bəbəyi kimi nəvazişlə sevilərək yaşa dolub. Orta təhsildən sonra Bakıda mədəni-maarif texnikumunda kitabxanaçılıq ixtisasına yiyələnib. Kitabları sevdiyi qədər balacalara qarşı istiqanlı olduğundan daha sonra Ağdaşda Pedaqoji Texnikumda təhsil alır. Artıq 22 ildən çoxdur ki, doğulduğu kənddə ibtidai sinif müəllimi kimi fidanların təlim-təbiyəsi ilə məşğuldur. Xoş rəftarı, yüksək mədəniyyəti şagirdlərinin, tanıyanlarının qəlbində sevgi toxumu səpmiş şairə Pərvanə Zalamlı söhbətimin qəhrəmanıdır.
Uzaqdan-uzağa olsa da şairənin yaşantılarını anlamış ,şeirləri ruhuma sirayət etmişdir. Bu xanımın səsi, baxışı, pıçıltısı, sətirləri ürəyinin aynasıdır. Paklıq, saflıq mücəssəməsi olan şeirləri o qədər axıcıdır ki, onu çoxdan tanıyırmış kimi ona bağlanırsan.
Sizlər də şairənin sözlərinə bəstələnmiş mahnılarını və yaxud şeirlərini dinləmisiniz, əlavə şərhə ehtiyac yoxdur, təkcə onu vurğulamaq istəyirəm ki, təbii çox axıcıdır, duyumludur hardasa qəmli notlar üstündə kökləndiyindən adamın ruhuna sirayət edir. Pərvanə xanım may ayında dünyaya göz açdığından 9 yaşında ikən yazdığı ilk şeiri “May ayı” olub. Əvvəllər “Pərvanə küskün” təxəllüsü ilə çap olunbub, sonralar doğulduğu kəndi əbədiləşdirmək məqsədilə “Zalamlı” təxəllüsünü götürüb.
“Şeir sənin üçün nə deməkdir” – deyə ondan sordum:
- Şeir mənim iç dunyamdır, ürək çırpıntılarım, qəlbimin harayı, əhatəsində olduğum cəmiyyətdə yaşayan hər kəsin iztirablarıdır, hansı ki, onlar sonralar misralara çevrilir. Həyatımı şeirsiz təsəvvür edə bilmərəm. Əvvəllər M.Ə.Sabirin satirik şeirlərinin vurğunu kimi gülməli şeirlər yazırdım.illər keçdikcə insanları güldürmək üçün yazdığım şeirlər məndə daha alınmadı. Həssas qəlbimlə anlayırdım ki, anidən gülən insan sonralar qəm dəryasına, fikirlərə düşür.... Bu həyatdır, yaşam tərzimizdir. Hər kəsi bir cür sirkələyir, titrədir. Ona görə özüm də bilmədən qəmli motivə keçdim. Buna səbəb isə yaradıclığının pərəstişkarı olduğum şair Molla Cümə oldu. "İsmi Pünhan" şairin şeirlərinə nəzirələrim də var. “Dünyadan küsmüsən ay Molla Cümə”, “Neylədin dünya” şeirlərimi ona xitabən yazmışam.
Pərvanə xanım yaradıcılığında rəngarəng mövzulara üz tutur, amma şeirlərində vətənpərvərlik daha çox üstünlük təşkil edir. Onu da qeyd edək ki, şairənin qəmli ürəyindən su içən, adamı düşüncələrə daldıran şeirləri də az deyil. Atasına həsr etdiyi ağıda deyir:
Şairənin
Vaxtaşırı olaraq şeirləri"Çinar nəğmələri", "Qəbələ", "Həkəri", "Azərbaycan övladı", "İsmayıl bəy Qudqaşınlı", "Ziyalı", "Vətəndaş" qəzetlərində, "Mən azərbaycanlıyam", "Qələbə müjdəli payız", "Azərbaycanın Milli Qəhrəmanı Şəhid General Mayor Polad Həşimov" adlı ədəbi-bədii publisistik jurnallarında, həmçinin "Dünyaya yayılsın anamın adı", "Dolub boşaldı dünya", "Sevənlərin dünyası", "Ömür yollarında", "Qarabağ həsrəti", "Zirvəyə doğru", "Günəşin nuru :üç", "Qəbələnin səsi", "Qəbələnin sözü", "Qəbələ könül dünyamız" adlı antologiyalarda dərc olunub.
2001-ci ildə"Qızıl Qələm" media mükafatı diplomuna layiq görülmüşdür. "Poladım", "Qəbələ bizimdir", "Şəhid Sənan", Şəhid Tural", "Qəbələ", "Şəhid Kərim", Zalam məktəbi", "Zalam kəndimiz", "Könlüm", "Vəfasız", "Tələsmə ömrüm", "Xudahafis", "Gizlicə ağlayan qadın", "Bəxtsiz anam", "Etibarsız", "Sevirsənmi sən məni" adlı şeirlərinə musiqi bəstələnmişdir.
Milli Qəhrəman Polad Həşimova həsr etdiyi "Poladım" mahnısı Teleradionun Qızıl fonduna, "Qələbə bizimdir" şeirinə bəstələnmiş mahnı Müdafiə Nazirliyinin və Teleradionun Qızıl Fonduna daxil edilmişdir.
44 günlük müharibə dövründə vətənpərvərlik mövzusunda"Azərbaycan oğluyam "," Ay əsgər", "Qarabağım", "Vətən oğlu", "Ordumuz", "Qarabağım sən mənimsən", "Qələbə bizimdir", "Ali Baş Komandan", "Səngərləriə qar ələnmə", "Milli Qəhrəman Mehman haqqında", "Mehmanım", "Cəsur Cəbrayıl", "Azərbaycan - Türkiyə", "Şəhid anasının laylası", "Şəhid adlı bar yetirdi payızım" və s. şeilərini qələmə almışdır.
2020-ci ildə “Sayrışan ulduzlar”, 2022-ci ildə isə “Tələsmə ömrüm” adlı şeirlər kitabı işıq üzü görürb Qəbələ Yazarlar Birliyinin üzvüdür. Pərvanə xanım, Astaranın igid oğlu polkovnik-leytenant Nail Orucova “Aldın qısası” şeirini həsr etmişdir.
Pərvanə xanım sədaqətli övlad olduğu qədər, mehriban anadır,qayğıkeş həyat yoldaşıdır. Övladları oğlu Sadiq, qızı Zeynəb də yaradıclığıa meyillidir. Uşaqları məktəbdə yaxşı oxumaqla yanaşı arada düşüncələrini qələmə alırlar. İnanırıq ki, onlar da gələcəkdə şairə, yazar kimi oxunacaqlar. Pərvanə Zalamlı 45 illik yubiley ilini yaşayır. O ömrünün 35 ilini şeirə, sənətə həsr edib.
Söz mülkinin sultanını yubiley munasibəti ilə təbrik edir, ona xoş həyat ,uğurlar arzulamaqla fikrimi özünün yazdığı şeirlə sonuclayıram.
Gülnar Əsədli
Jurnalist, yazıçı

Təsirləndim söhbətindən sözündən
Dərdli-dərdli bəhs edirsən özündən
Bir vəfasız ismi pünhan üzündən
Gizlicə ağlayıb, batmısan qəmə
Dünyadan küsmüsən ay Molla Cümə
Zamandan, dövrandan şikayətin var
Qəlbin inildəyir, səssizcə ağlar
İsmi pünhan eylədi səni vadar
Lənət deyib bu dövrana bu dəmə ,
Dünyadan küsmüsən ay Molla Cümə,

Kim inanar yoxluğuna,
yoxluğunu bilə-bilə
Kim daşıyar qəm yükünü
Əriyərək gil-gilə
Ata ,sənə qurban olum
Etibarsız olma belə
İnanmıram yoxluğuna
Sənsizliyi bilə-bilə
yoxluğunu bilə-bilə
Kim daşıyar qəm yükünü
Əriyərək gil-gilə
Ata ,sənə qurban olum
Etibarsız olma belə
İnanmıram yoxluğuna
Sənsizliyi bilə-bilə
Şairənin
Vaxtaşırı olaraq şeirləri"Çinar nəğmələri", "Qəbələ", "Həkəri", "Azərbaycan övladı", "İsmayıl bəy Qudqaşınlı", "Ziyalı", "Vətəndaş" qəzetlərində, "Mən azərbaycanlıyam", "Qələbə müjdəli payız", "Azərbaycanın Milli Qəhrəmanı Şəhid General Mayor Polad Həşimov" adlı ədəbi-bədii publisistik jurnallarında, həmçinin "Dünyaya yayılsın anamın adı", "Dolub boşaldı dünya", "Sevənlərin dünyası", "Ömür yollarında", "Qarabağ həsrəti", "Zirvəyə doğru", "Günəşin nuru :üç", "Qəbələnin səsi", "Qəbələnin sözü", "Qəbələ könül dünyamız" adlı antologiyalarda dərc olunub.
2001-ci ildə"Qızıl Qələm" media mükafatı diplomuna layiq görülmüşdür. "Poladım", "Qəbələ bizimdir", "Şəhid Sənan", Şəhid Tural", "Qəbələ", "Şəhid Kərim", Zalam məktəbi", "Zalam kəndimiz", "Könlüm", "Vəfasız", "Tələsmə ömrüm", "Xudahafis", "Gizlicə ağlayan qadın", "Bəxtsiz anam", "Etibarsız", "Sevirsənmi sən məni" adlı şeirlərinə musiqi bəstələnmişdir.
Milli Qəhrəman Polad Həşimova həsr etdiyi "Poladım" mahnısı Teleradionun Qızıl fonduna, "Qələbə bizimdir" şeirinə bəstələnmiş mahnı Müdafiə Nazirliyinin və Teleradionun Qızıl Fonduna daxil edilmişdir.
44 günlük müharibə dövründə vətənpərvərlik mövzusunda"Azərbaycan oğluyam "," Ay əsgər", "Qarabağım", "Vətən oğlu", "Ordumuz", "Qarabağım sən mənimsən", "Qələbə bizimdir", "Ali Baş Komandan", "Səngərləriə qar ələnmə", "Milli Qəhrəman Mehman haqqında", "Mehmanım", "Cəsur Cəbrayıl", "Azərbaycan - Türkiyə", "Şəhid anasının laylası", "Şəhid adlı bar yetirdi payızım" və s. şeilərini qələmə almışdır.
2020-ci ildə “Sayrışan ulduzlar”, 2022-ci ildə isə “Tələsmə ömrüm” adlı şeirlər kitabı işıq üzü görürb Qəbələ Yazarlar Birliyinin üzvüdür. Pərvanə xanım, Astaranın igid oğlu polkovnik-leytenant Nail Orucova “Aldın qısası” şeirini həsr etmişdir.
Pərvanə xanım sədaqətli övlad olduğu qədər, mehriban anadır,qayğıkeş həyat yoldaşıdır. Övladları oğlu Sadiq, qızı Zeynəb də yaradıclığıa meyillidir. Uşaqları məktəbdə yaxşı oxumaqla yanaşı arada düşüncələrini qələmə alırlar. İnanırıq ki, onlar da gələcəkdə şairə, yazar kimi oxunacaqlar. Pərvanə Zalamlı 45 illik yubiley ilini yaşayır. O ömrünün 35 ilini şeirə, sənətə həsr edib.
Söz mülkinin sultanını yubiley munasibəti ilə təbrik edir, ona xoş həyat ,uğurlar arzulamaqla fikrimi özünün yazdığı şeirlə sonuclayıram.
Günəş gülümsədi, tez bulud aldı
Kədər ayaq aşdı, sevinc qocaldı
Kamına yetərək həsrət ucaldı,
Acı göz yaşı ilə doldu talehim.
Zər-ziba dilədim, əlim qaldı boş
Çöhrəmə iz saldı gözdən axan yaş,
Ömür də, gün də keçir hey yavaş- yavaş
Qəmdən naxışını saldı talehim.
Kədər ayaq aşdı, sevinc qocaldı
Kamına yetərək həsrət ucaldı,
Acı göz yaşı ilə doldu talehim.
Zər-ziba dilədim, əlim qaldı boş
Çöhrəmə iz saldı gözdən axan yaş,
Ömür də, gün də keçir hey yavaş- yavaş
Qəmdən naxışını saldı talehim.
Gülnar Əsədli
Jurnalist, yazıçı
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay