Xəbərlər
12.10.2026, 23:55
Qəzənfər Məsimoğlu : SONBAHARA QOŞUL, GƏL - FOTO
Muxtar Kərimzadəyə təşəkkürlər...
Sən baharda getmişdin,
İndi payızdı, gülüm.
Verərmi heç bu qədər
Sevən sevənə zülüm?
Noolar, sevindir məni,
Könlüm gülzara dönsün.
Nə sən həsrət çək, nə mən,
Payız bahara dönsün,
Bu gün geyin yaşıl, gəl.
Qəsdimə duran olar,
Yollar çəndi, dumandı,
Özüm gəlim, gətirim,
Təkcə gəlmə, amandı.
Nə qədər ki, sənsizəm,
Sevinmərəm, gülmərəm.
Deyirsən:-görən olar,
Yaxşı, yaxşı, gəlmərəm,
Sonbahara qoşul, gəl.
12.10.2026

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

