Xəbərlər
9.10.2026, 15:19
Hicab, namus və kimlik: Görünənlə görünməyən arasında - FOTO
Şəmsiyyə Kərimova,
Əməkdar jurnalist
Son günlər sosial şəbəkələrdə hicab mövzusu ətrafında müxtəlif fikirlər səslənir. Kimi onu təqdir edir, kimi fərqli düşünür, kimi də məsələni dini inanclar, milli dəyərlər və cəmiyyətin gələcəyi ilə əlaqələndirir. Fikirlər haçalanır, mübahisələr yaranır. Halbuki bəzi məsələlərə tərəf tutmaq üçün deyil, anlamaq üçün yanaşmaq daha doğrudur.
Məni bu mövzuda düşündürən əsas məsələ isə hicabın özü deyil, ona yüklədiyimiz mənalardır. Xüsusilə də hicabın namusun, əxlaqın və mənəvi saflığın göstəricisi kimi təqdim olunması...Namus insanın geyimində deyil, davranışında, münasibətində, vicdanında və başqasının haqqına necə yanaşmasındadır.

Başını örtən insan da, örtməyən insan da əxlaqlı, dürüst və vicdanlı ola bilər. Eyni zamanda, zahiri görünüşündən asılı olmayaraq, insan yanlış davranışlara da yol verə bilər. Çünki geyim insanın xarici görünüşünü müəyyənləşdirir, amma onun daxili dünyasını bütövlükdə açmır.
Bir qadının hicab bağlaması onun şəxsi inancının, dini seçimlərinin və ya həyat tərzinin ifadəsi ola bilər. Buna hörmətlə yanaşmaq lazımdır. Ancaq hicabı namusun yeganə ölçüsü kimi təqdim etmək də doğru deyil. Belə yanaşma istəmədən başqa qadınları mənəvi baxımdan daha aşağı mövqedə göstərmək təhlükəsi yaradır. Halbuki insanın dəyəri başındakı örtüklə deyil, şəxsiyyəti ilə ölçülməlidir.
Mənim yaddaşımda başqa bir mənzərə də var. Nənələrimiz, analarımız başlarına sadə bir yaylıq bağlayardılar. Evdə başları açıq olardı, həyətə qonşu və ya yad bir kişi gələndə isə yaylıqlarını götürüb başlarını örtərdilər. Bunu böyük bir müzakirə mövzusuna çevirməzdilər. Həmin yaylıq gündəlik həyatın, adət-ənənənin, bəzən də həya və şəxsi rahatlıq anlayışının təbii bir hissəsi idi.
O yaylıqlarda bir doğmalıq, bir sadəlik, bir də özümüzə məxsusluq vardı. Kəlağayılarımız, nənələrimizin çiynindən əskik olmayan örpəklərimiz yalnız bir geyim elementi deyildi; onlar həm də mədəni yaddaşımızın parçası idi.
Bu gün də başını yaylıqla örtən, kəlağayı bağlayan qadınlarımız var. Onların görünüşündə keçmişlə bu gün arasında incə bir bağ yaşayır. Bəzən düşünürəm ki, ənənəni qorumaq üçün mütləq keçmişi olduğu kimi təkrarlamaq lazım deyil. Sadəcə onun mahiyyətini anlamaq, gözəlliyini yaşatmaq kifayətdir.
Əlbəttə, hicab da bəzi qadınlar üçün səmimi inancın və şəxsi seçimin ifadəsidir. Onların bu seçiminə də hörmət edilməlidir. Məsələ bir örtüyü digərindən üstün tutmaqda deyil. Məsələ seçimlərin arxasında hansı düşüncənin dayanmasındadır.
Bəs nə üçün bəzi hallarda hicab sadəcə şəxsi seçim olmaqdan çıxaraq, sanki bir-birimizlə müqayisə vasitəsinə çevrilir?
İnsanların geyim üzərindən bir-birinə mənəvi üstünlük göstərməyə çalışması düşündürücüdür. Halbuki inanc nümayiş yarışına çevrilməməlidir. İnsanın nə qədər dindar, nə qədər namuslu və ya nə qədər mənəviyyatlı olduğunu yalnız görünüşünə əsasən müəyyənləşdirmək mümkün deyil.
Digər tərəfdən, son illərdə geyim tərzimizdə və dini simvolların gündəlik həyatımızda görünməsində dəyişikliklər müşahidə olunur. Bu dəyişikliklərin səbəbləri müxtəlif ola bilər: şəxsi inanc, ailə mühiti, sosial şəbəkələr, qlobal mədəni təsirlər, dini maariflənmə və ya müəyyən çevrələrə aid olmaq istəyi.
Yalnız bir səbəbi göstərib bütün insanları eyni düşüncədə ittiham etmək düzgün olmaz. Hər hicab bağlayan qadının xarici təsir altında olduğunu söyləmək nə ədalətlidir, nə də həqiqətə uyğundur. Bununla belə, hər bir cəmiyyət öz mədəni kimliyinin necə dəyişdiyi barədə düşünmək, milli irsini tanımaq və onu gələcək nəsillərə ötürmək haqqına malikdir.
Özümüz olmaq başqalarının geyimini, inancını və həyat tərzini rədd etmək demək deyil. Özümüz olmaq öz tariximizi, adətlərimizi, dilimizi, sənətimizi və mənəvi dəyərlərimizi tanımaq, bunlara şüurlu şəkildə sahib çıxmaqdır. Başqa mədəniyyətlərdən nəsə öyrənmək də mümkündür. Əsas məsələ başqasına bənzəmək naminə özümüzü unutmaq deyil.
Məncə, burada əsas sual budur: Biz ənənələrimizi nə qədər tanıyırıq? Nənələrimizin bağladığı yaylığın, kəlağayının tarixini, mənasını, gözəlliyini övladlarımıza nə qədər anlatmışıq? Milli geyimimizi, milli zövqümüzü və mədəni irsimizi müasir həyatın bir hissəsinə çevirmək üçün nə etmişik?
Bəlkə də bəzən başqasının təsirindən narahat olmağımızın səbəblərindən biri öz dəyərlərimizi kifayət qədər tanıtmamağımızdır. Öz mədəniyyətini dərindən tanıyan insanın seçimi daha şüurlu olur. O, nə başqasının seçimini kor-koranə təkrarlayır, nə də fərqli görünən hər şeyə düşmən münasibət bəsləyir.

Mövzunun başqa bir tərəfi də müəllimlərin geyimidir. Məktəb yalnız bilik verilən yer deyil, həm də uşaqların dünyagörüşünün formalaşdığı mühitdir. Müəllim davranışı, danışığı, münasibəti və geyimi ilə şagirdlərə müəyyən mənada nümunə olur. Buna görə də məktəb mühitində geyim məsələsi şəxsi seçim, dini azadlıq, təhsil qaydaları və bərabərlik prinsipləri nəzərə alınmaqla müzakirə edilməlidir.
Əgər şagirdlər üçün konkret geyim qaydaları müəyyənləşdirilibsə, həmin qaydaların müəllimlərə necə tətbiq olunduğu da aydın və ardıcıl şəkildə izah edilməlidir. Lakin burada da məsələni yalnız “şagirdə olmazsa, müəllimə də olmaz” düşüncəsi ilə yekunlaşdırmaq əvəzinə, qüvvədə olan qaydalara, onların məqsədinə və hamıya bərabər tətbiqinə baxmaq lazımdır. Çünki müəllimin nümunə olması yalnız geyimlə ölçülmür; onun ədaləti, biliyi, davranışı və uşaqlara münasibəti də ən azı geyimi qədər əhəmiyyətlidir.
Nəhayət, unutmamalıyıq ki, bir insanın geyimini müzakirə edərkən onun şəxsiyyətini mühakimə etmək həddinə çatmamalıyıq. Hicab bağlayan qadına da, yaylıq seçən qadına da, başını örtməyən qadına da eyni insani hörmətlə yanaşmaq mümkündür. Fərqli seçimlərimiz ola bilər, amma bu fərqlər bizi bir-birimizə qarşı sərtləşdirməməlidir.

Mənim arzum kiminsə hicab bağlamaması və ya mütləq yaylıq bağlaması deyil. Arzum budur ki, insan öz seçimini qorxu, təzyiq və ya başqalarına nəyisə sübut etmək ehtiyacı ilə deyil, düşünərək etsin. Arzum budur ki, namus anlayışını bir geyim formasının çərçivəsinə salmayaq, milli dəyərlərimizi unutmayaq və inancı mübahisə predmetinə çevirməyək.
Çünki baş örtüyü insanın başındadır, amma namus onun əməlində, vicdanı isə qəlbindədir.
Özümüz olaq. Amma özümüz olmaq istəyərkən başqasının seçimlərinə hörmət etməyi də bacaraq. Milli dəyərlərimizi sevək, onları yaşadaq, gələcək nəsillərə ötürək. Bir-birimizi geyimimizə görə deyil, insanlığımıza görə qiymətləndirək.
09.10. 2026 Bakı

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay