Xəbərlər
Əzizə Ağahüseynqızı : Şair, müəllim Tamella Şuşalının yubiley yaşına sevgilərimlə.. - FOTO

ŞUŞALI QIZ
Tanıyırsan dostu, yadı,
Şirin dadı, acı dadı.
Sənin adın Tamelladı,
Şuşalı qız.
Baxışında kədər sezdim,
Dərdlərini vurub əzdim,
Cıdır düzün ilə gəzdim,
Şuşalı qız.
Nə deyirsən, düz deyirsən,
Bir susursan, yüz deyirsən.
Hər gün təzə söz deyirsən,
Şuşalı qız.
Sən elmimin müridisən,
Şeirimin mürşüdüsən,
Ləl-cəvahir, cümşüdüsən,
Şuşalı qız.
Ruhun incə yaz səsidir,
Xatun, Pəri, naz səsidir,
Nəğmələrin saz səsidir,
Şuşalı qız.
Koroğludan, boydan gəlir,
Bilqamusdan, soydan gəlir,
Şeirlərin Göydən gəlir,
Suşalı qız.
Torpağa, Vətənə bağlı,
Yurd nisgilli, sinə dağlı,
Şükür indi zəfər çağlı,
Şuşalı qız.
Yolum qədər, izim qədər,
Yaşayacam sözüm qədər,
Sevdim səni özum qədər,
Şuşalı qız.
18,11.2026
DOĞUM GÜNÜN MÛBARƏK ƏZİZİM ..









