Turaztv.az » Xəbərlər » Son dəfə həmin kürsüdə... - Bir dövr bitdi+Foto
Xəbərlər

Son dəfə həmin kürsüdə... - Bir dövr bitdi+Foto

19.11.2026, 23:17 5

Prezident İlham Əliyevin bugünkü Sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru təyin olunan Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin kollektivi ilə görüşərək vidalaşıb.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, görüşdə M.Abbaszadə uzun illər rəhbərlik etdiyi qurumun kollektivi qarşısında çıxış edib, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, eləcə də Dövlət İmtahan Mərkəzinin formalaşması və inkişafı istiqamətində keçdiyi yola nəzər salıb, bu müddət ərzində həyata keçirilən işlərdən, əldə olunan nailiyyətlərdən və qarşıya qoyulan vəzifələrdən danışıb.

Qeyd edək ki, Elm və Təhsil naziri Emin Əmrullayev artıq M.Abbaszadəni rektor vəzifəsində BDU-nun kollektivinə təqdim edib.

Oxşar xəbərlər