Xəbərlər
Nigeriyada aviazərbələr nəticəsində 37 terrorçu məhv edilib
Nigeriya Hərbi Hava Qüvvələrinin ölkənin şimal-şərqində keçirdiyi əməliyyat nəticəsində 37 terrorçu öldürülüb.
“Premium Times” nəşrinin məlumatına görə, bunu “Hadin Kay” hərbi əməliyyatının sözçüsü Məhəmməd Qoni bildirib.
Onun sözlərinə görə, Borno ştatında həyata keçirilən hava zərbələri nəticəsində silahlıların müvəqqəti yerləşmə məntəqələri və əldəqayırma partlayıcı qurğuların saxlanıldığı anbarlar da məhv edilib.
Əməliyyatın əvvəlcədən toplanmış kəşfiyyat məlumatları əsasında həyata keçirildiyi qeyd olunub.
Öldürülən silahlıların hansı terror təşkilatına mənsub olduğu rəsmən açıqlanmayıb. Onların “Boko Haram” qruplaşmasının üzvləri ola biləcəyi ehtimal edilir.
Qeyd edək ki, “Boko Haram” Nigeriyanın şimal-şərqində fəaliyyət göstərən əsas terror qruplaşmalarından biridir.