Turaztv.az » Xəbərlər » Bu dünyanın qara daşı göyərsə...
Xəbərlər

Bu dünyanın qara daşı göyərsə...

22.11.2026, 10:04 14
Bu dünyanın qara daşı göyərsə...

Əziz dostlar,qüdrətli söz ustası,Xalq şairi Musa Yaqubun hələ 1977-ci ildə yazdığı "Bu dünyanın qara daşı göyərməz"adlı məşhur şerinə deyilənə görə 100-dən artıq seir-nəzirə yazılıb.Fikrimcə ən mükəmməli ünlü Xalq şairi Məmməd Arazın 1981-ci ildə yazdığı "Bu dünyanın qara daşı göyərdi"şeridi.Hər iki böyük söz adamının ruhu şad,məkanı cənnət olsun.
O illərdə Musa Yaqubun həmin şeri təbimi yerindən necə oynatmışdısa,mən də ona nəzirə yazmaq fikrinə düşmüş,istədiyim kimi alınmadığı üçün,bu fikrimdən müvəqqəti olaraq,əl çəkmişdim.Lakin zaman-zaman sənətkarın məşhur şerinə nəzirə yazmaq fikri mənə rahatlıq vermir və bunun necə məsuliyyətli bir iş olduğunu dərk edirdim.Nəhayət,deyəsən bu günlərdə bu baş tutdu və mən ruhən rahatlıq tapdım.Serin necəliyini tələbkar oxucuların ixtiyarına buraxıram...

Bu dünyanın qara daşı göyərsə...

Musa Yaqub ,arzuların gül açar,
Araz,Samur həsrətindən dil açar,
Durulmazlar durulanar lil qaçar,
Bu dünyanın qara daşı göyərsə...

İki dünya bir mənzilə sığışar,
Yaxşı-yaman bir biriylə barışar,
Dağ düz olar,düz dağlara qarışar,
Bu dünyanın qara daşı göyərsə...

Ucaldılmaz qara daşdan daş barı,
Məzar daşı,sinə daşı ,baş dası,
Əntiq olmaz qarasından daş-qaşın,
Bu dünyanın qara daşı göyərsə...

Qoca dünya nizamını itirməz,
Mərd qovulmaz,namərdini bitirməz,
Ana torpaq Yalıncıq-lar yetirməz,
Bu dünyanın qara daşı göyərsə...

Tanrı yazır taleyi də , baxtı da,
Hər ömürün gərdişin də,vaxtı da,
Cümşüd,çönər həsrətinin taxtı da,
Bu dünyanın qara daşı göyərsə...
Bu dünyanın qara daşı göyərsə...


Cümşüd Aydəmir,
Xudat. 14-21. 11.2026

Oxşar xəbərlər