Turaztv.az » Xəbərlər » Ehtiyatda olan zabit dəm qazından boğulub öldü
Xəbərlər

Ehtiyatda olan zabit dəm qazından boğulub öldü

22.11.2026, 00:32 6
Qazaxda zəhərlənmə hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Kəmərli kəndində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü V.Məmmədov Kəmərli kəndində evdə dəm qazından boğularaq ölüb. 49 yaşlı kişinin meyiti müayinə olunmaq üçün “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” publik hüquqi şəxsin rayon şöbəsinə təhvil verilib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Metbuat.az-ın məlumatına görə, Vüqar Qulu oğlu Məmmədov ehtiyatda olan zabit olub.

Oxşar xəbərlər