Xəbərlər
Çağatay evlənir? - Sevgilisi danışdı
Türkiyəli aktrisa Aslıhan Malbora aktyor sevgilisi Çağatay Ulusoy ilə gələn ay xaricdə evlənəcəkləri barədə yayılan xəbərləri təkzib edib.
"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Malbora bu haqda İstanbulda teatr tamaşasından çıxarkən jurnalistlərin suallarını cavablandıran zaman danışıb.
Malbora, evlilik şayiələrinə toxunaraq, “Xeyr, bu doğru deyil, evlənmirəm”, – deyə bildirib.
Son günlər cütlüklə bağlı təkcə toy ehtimalı deyil, həm də aktrisanın hamilə ola biləcəyinə dair iddialar gündəmə gəlib. “Milliyet”in muxbirinin hamiləliklə bağlı şayiələrə görə hüquqi müstəvidə addım atmaq niyyətinin olub-olmadığı barədə sualına aktrisa belə cavab verib:
“Hamilə deyiləm və məhkəməyə müraciət etmək fikrim də yoxdur”.















