Xəbərlər
Əsad Cahangirin 60 illik yubileyi və kitablarının təqdimatı Ədalət partiyasının qərargahında yüksək səviyyədə keçildi.
Bu gün gözəl insan, istedadlı qələm sahibi , Əsad Cahangirin 60 illik yubileyi və kitablarının təqdimatı Ədalət partiyasının qərargahında yüksək səviyyədə keçildi.
Sözümüzün, şeirimizin və tənqidimizin Əsəd Cahangiri60 illik yubiley və iki yeni kitabın təqdimatı
Əsəd Cahangir oğlu Əsədov 1966-cı ildə anadan olub. O, "Azərbaycan" jurnalında tənqid və publisistika şöbəsinə rəhbərlik edib, 2014-cü ildən isə həmin jurnalın baş redaktorunun müavini vəzifəsində çalışıb. 2024-cü ildə Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri vəzifəsinə təyin edilib.
Bu gün Ədalət Partiyasının qərargahında Azərbaycan ədəbiyyatının və ictimai fikrinin görkəmli nümayəndəsi, istedadlı qələm sahibi, şair, tənqidçi, tərcüməçi, publisist və bəstəkar, onlarla dəyərli kitabın müəllifi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri Əsəd Cahangirin 60 illik yubileyi və iki yeni kitabının təqdimat mərasimi keçirilib.
Ədəbiyyat bayramı ab-havasında baş tutan mərasimdə ölkənin tanınmış şair və yazıçıları, ictimaiyyət nümayəndələri, iş adamları, yubilyarın qələm dostları, Ədalət Partiyasının rəhbərliyi və əməkdaşları, eləcə də media mənsubları iştirak ediblər.
Tədbir boyu Əsəd Cahangirin çoxşaxəli yaradıcılıq yoluna nəzər salınıb, onun müasir Azərbaycan ədəbi tənqidinin inkişafındakı misilsiz xidmətlərindən, poeziya və tərcümə sahəsindəki uğurlarından geniş bəhs edilib. Çıxış edənlər yubilyarın təqdim olunan iki yeni kitabını ədəbi mühitimiz üçün mühüm hadisə kimi dəyərləndirib, onun sözə olan sədaqətini və ziyalı mövqeyini xüsusi vurğulayıblar. Həm bədii sözün ustadı, həm də incə ruhlu bəstəkar kimi tanınan Əsəd Cahangirin sənət dünyası haqqında səslənən səmimi fikirlər iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Gecənin yüksək səviyyədə və yaddaqalan təşkilində tədbirin aparıcısı, dəyərli İradə xanım Aytelin xüsusi əməyi qeyd olunub. Həm peşəkar və səmimi aparıcılığı, həm də tədbir iştirakçılarına öz əlləri ilə hazırladığı dadlı tortu hədiyyə etməsi məclisə əlavə doğmalıq qatıb.
Maraqlı və ruh yüksəkliyi ilə keçən təqdimat mərasiminin sonunda Əsəd Cahangirin 60 illik yubiley tortu kəsilib, bu tarixi günü əbədiləşdirmək üçün xatirə şəkilləri çəkilib.
Bu əlamətdar gün münasibətilə sözümüzün, şeirimizin və tənqidimizin fədaisi olan Əsəd Cahangiri öz adımdan və dostlarım adından ürəkdən təbrik edirəm!
Dəyərli ziyalımıza möhkəm cansağlığı, uzun ömür, ailə xoşbəxtliyi və Azərbaycan ədəbiyyatı naminə yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Tədbirə qatdığı rəngə və gözəl ev sahibliyinə görə İradə xanım Aytelə də dərin təşəkkürümüzü bildiririk.
Hüseyn İsaoğlu, yazıçı - publisist,
AYB - nin və AJB - nin üzvü