Turaztv.az » Xəbərlər » Bu gün “Qarabağ”ın oyunu var
Xəbərlər

Bu gün “Qarabağ”ın oyunu var

22.11.2026, 10:14 6

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura yekun vurulacaq.

“Qafqazinfo” xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçında “Neftçi” Şamaxı şəhər stadionunda “Araz-Naxçıvan”ın qonağı olacaq. Görüş saat 14:30-da start götürəcək.

Turnir cədvəlində paytaxt klubu 24 xalla 2-ci, Naxçıvan təmsilçisi 4 xalla sonuncu – 12-ci pillədə qərarlaşıb.

Turun bağlanış oyununda isə “Kəpəz” öz meydanında “Qarabağ”ı sınağa çəkəcək. Gəncə şəhər stadionunda keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq.

Hazırda 10 oyundan 19 xalı olan Ağdam təmsilçisi 5-ci sırada yer alıb. Gəncə klubu isə 17 xalla 6-cıdır.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sabah” “Sumqayıt”a 5:1, “Turan Tovuz” “Şamaxı”ya, “Qəbələ” “Şəfa”ya 2:0 hesabı ilə qalib gəlib, “Zirə” isə “İmişli” ilə heç-heçə edib – 2:2.

Oxşar xəbərlər