Xəbərlər
"Dünyanın dörd aparıcı gücü arasındayıq" - Qalibaf
"İran hazırda şübhəsiz ki, dünyanın dörd aparıcı gücü arasındadır".
"Turaztv.az" "Unikal"-a istinadən xəbər verir ki, bunu İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf bildirib. O deyib ki, çəkindirmə strategiyasının mahiyyəti ondan ibarətdir ki, hətta üç dünya gücünün görüşlərində birbaşa iştirak etmədən belə, Tehran onların bütün qərarlarına təsir göstərir.
Qalibaf qeyd edib ki, mərhum lider (Xamenei - red.) baş komandan kimi komandanlıq strukturunun gücünü qoruyan bir çəkindirmə və silahlı qüvvələr sistemi qurub.
O vurğulayıb ki, düşmənlər bu sistemin möhkəmliyinə təəccüblənirlər, çünki onlar yüksək rütbəli komandanlığa hücumlar və sözdə "biçmə əməliyyatı" yolu ilə ölkənin idarəçiliyini pozmağa ümid edirdilər.
















