Xəbərlər
ABŞ Hörmüz boğazından bir həftədə 108 milyon barel neftin nəqlini təmin edib
Ötən həftə ABŞ qüvvələrinin nəzarəti altında Hörmüz boğazından 108 milyon barel neft nəql edilib. Bu, ABŞ-İran münaqişəsinin başlanmasından bəri qeydə alınan ən yüksək həftəlik göstəricidir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Əl-Hadath” telekanalı ABŞ administrasiyasının rəsmisinə istinadla məlumat yayıb.
ABŞ rəsmisinin sözlərinə görə, Vaşinqton İranın qabaqcıl texnoloji komponentlər əldə etməsinin qarşısını almağa və ölkənin hərbi imkanlarını bərpa etməsinə mane olmağa çalışır.
















