Xəbərlər
Marca: CAS Mərakeşi Afrika Millətlər Kubokunun qalibi kimi tanıyacaq
İdman Arbitraj Məhkəməsi (CAS) 2025-ci il Afrika Millətlər Kubokunun finalı ilə bağlı mübahisədə Mərakeş millisinin xeyrinə qərar çıxaracaq.
İspaniyanın “Marca” nəşrinin məlumatına görə, məhkəmənin qərarı çərşənbə axşamı rəsmən elan ediləcək.
Xatırladaq ki, Seneqal və Mərakeş arasında keçirilən final qarşılaşmasının əsas vaxtına əlavə olunmuş dəqiqələrdə seneqallıların qolu VAR yoxlamasından sonra ləğv edilib, ardınca onların qapısına penalti təyin olunub.
Buna etiraz edən Seneqal millisinin baş məşqçisi Pap Tyav futbolçuları meydandan çıxarıb.
Komanda 15 dəqiqə sonra meydana qayıdıb. Qapıçı Eduar Mendi Braim Diasın penalti zərbəsini dəf edib. Əlavə vaxtda isə Pap Geye Seneqalın qolunu vurub.
Daha sonra Afrika Futbol Konfederasiyası meydanı özbaşına tərk etdiyinə görə Seneqala texniki məğlubiyyət verib və Mərakeşi turnirin qalibi elan edib.
Seneqal Futbol Federasiyası bu qərardan CAS-a şikayət edib.