12 oktyabr 2026-cı il tarixində Şamaxı Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimovun iştirakı ilə keçirilən tədbirdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Muradlı, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, rayon ağsaqqalları, ziyalılar, şəhid ailələrinin üzvləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfransda Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin və dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimovu və digər tədbir iştirakçılarını salamlayaraq ağsaqqalların ölkəmizin, eləcə də Şamaxı rayonunun ictimai-siyasi və mədəni həyatındakı əvəzedilməz rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb. Gənclərin vətənpərvərlik ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyacın olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb və konfransların işinə uğurlar arzulayıb.

Sonra Şamaxı Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanovun hesabat məruzəsi dinlənilib. Sədr məruzəsində rayon ağsaqqallar şurasının son dövrdəki fəaliyyətindən geniş söhbət açıb, keçirilən görüşlərdən, gənclərlə aparılan maarifləndirici işlərdən, şəhid ailələrinə və qazilərə göstərilən mənəvi dəstəkdən bəhs edib.
Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından tədbir iştirakçılarını salamlayaraq sıralarında 35 mindən çox üzvü birləşdirən Şuranın geniş və səmərəli fəaliyyətindən, ağsaqqalların ölkəmizdə və bütün Türk dünyasında hər zaman böyük nüfuz və hörmət sahibi olmalarından bəhs edib. Müasir Azərbaycan dövlətinin memarı Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərindən ətraflı söz açaraq bildirib ki, məhz dahi şəxsiyyətin müdrikliyi və qətiyyəti sayəsində ölkəmiz parçalanmaqdan xilas oldu və dayanıqlı inkişaf yoluna çıxdı. Hazırda bu tərəqqi yolunu Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev yüksək səviyyədə davam etdirir. Dövlət başçısının apardığı uğurlu siyasət nəticəsində ölkəmizin inkişafı və qüdrətlənməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir və bu işdə ağsaqqallar da əhəmiyyətli rol oynayırlar. Öz çıxışında hesabatın qənaətbəxş olduğunu qeyd edən Eldar İbrahimov respublikamızın hər bir bölgəsində olduğu kimi, Şamaxıda da ağsaqqalların rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərdiklərini, gənclərin dövlətə və dövlətçiliyə bağlılığı istiqamətində üzərlərinə düşən vəzifələri vicdanla və məsuliyyətlə yerinə yetirdiklərini vurğulayıb. Eldar İbrahimov Ulu Öndər Heydər Əliyevin ağsaqqallara göstərdiyi yüksək diqqət və qayğının hazırda dövlət başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən davam etdirildiyini qeyd edərək, bu həssas münasibətə görə onlara öz minnətdarlığını ifadə edib.

Daha sonra çıxış edən digər natiqlər tədbirin keçirilməsinin önəmindən danışaraq rayon ağsaqqallarının geniş fəaliyyətindən söz açıblar. Xüsusilə gənclərin vətənpərvərlik ruhunda yetişməsində ağsaqqalların mənəvi dəstəyinin və öyüd-nəsihətlərinin böyük əhəmiyyət daşıdığını qeyd edən çıxışçılar dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kursu həmişə dəstəklədiklərini bildiriblər.

Konfransda təşkilati məsələlər də müzakirə olunub. Rayon təşkilatının səlahiyyət müddəti başa çatan sədri, İdarə Heyəti və Təftiş Komissiyası üçün seçki keçirilib. Açıq səsvermə yolu ilə Mayıl Alıcanov Şamaxı rayon Ağsaqqallar Şurasının sədri seçilib. Sonra isə onun təqdimatı əsasında rayonun ictimai fəal və nüfuzlu ağsaqqalarından ibarət İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırılıb.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili, professor Eldar İbrahimov və digər tədbir iştirakçıları yeni seçilən sədri və heyət üzvlərini təbrik edərək, onlara gələcək işlərində uğurlar arzulayıblar.



Son xəbərlər

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Sən də məni mənim kimi sev görüm - FOTO

Ötən ay boşandığı xanımının toyunda aparıcı oldu - Fotolar

Türkiyəli model "Dünyanın ən yaraşıqlı kişisi" seçildi

Qabyuyan vasitələrlə bağlı XƏBƏRDARLIQ: sağlamlığınıza zərər verə bilər

“Azərbaycanda nə hicaba, nə də niqaba qadağa var”

Şamaxıda Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib - Fotolar

Məktəblərdə geyim qaydaları ciddi yoxlanılır - Tədbirlər görülür

Bu gəncləri siz də tanıyın - Fotolar

Kəmaləddin Heydərov İranın daxili işlər naziri İsgəndər Momeni ilə görüşüb

Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Prezident Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini təsdiq edib

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB

Sabah 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq

Tələbə otaq yoldaşını bıçaqladı

İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib

Mərkəzi Bankdan kreditlə bağlı qərar: Bu şəxslər zamin ola bilməyəcək

Hun Manet Zəfər parkını ziyarət etdi

AMEA-da USTAD AŞIQ HÜSEYN SARAÇLInın 110 illik YUBİLEYİnə həsr olunan BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLİB (-Yenilənib-)

Ömrünü təhsilə və poeziyaya həsr edən ziyalı

Azərbaycan Prezidenti: Süni intellekt əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir

İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

Türkiyədə traktorun qoşqusu aşıb, 11 nəfər yaralanıb

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031