Xəbərlər
12.10.2026, 22:44
Sən də məni mənim kimi sev görüm - FOTO

Sev görüm
Pay olmusan sən mənim bu ömrümə,
Söz deyəndə toxunmasın könlünə.
Səndən yana gözüm düşməz özgəyə,
Sən də məni mənim kimi sev görüm.
Gülər üzün, xoş ovqatın bəsimdir,
Sənə dəyən hər əzab da mənimdir.
Bu ürəyim bir ömürlük sənindir,
Sən də məni mənim kimi sev görüm.
Bezmirik biz bu sevgidən heç zaman,
Qüvvət versin eşqimizə Yaradan.
Əl-ələ ver, keçək ömrü mehriban,
Sən də məni mənim kimi sev görüm.
Qış gələndə bahar olum ömrünə,
Nur çiləyim hər bir qaranlıq gününə.
Sədaqətlə bağlanmışam könlünə,
Sən də məni mənim kimi sev görüm.
Ömür bitsə, sevgim bitsin istərəm,
Sənsiz keçən bircə günə dözmərəm.
Səni sevməkdən bir ömür əl çəkmərəm,
Sən də məni mənim kimi sev görüm.
2026.4 oktyabr

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

