PAYIZ  ƏTİRLİ  YARADICILIQ...

Qələmin qırat tək yalından tutan Əzizə Ağahüseynqızı yaradıcılığından bir neçə yarpaq .

Təbiət fəsillərinin insanın qəlbində açdığı izlər, bəzən həmin şəxslərin fəsillərə yanaşmasında özünü qabarıq şəkildə biruzə verir. Şəxsən mənim üçün payızın barlı-bəhrəli bir fəsil olmasından yana, həmdə yayın cırhacır istisindən sonra, yaratdığı sərinlik, qarşıda gözlənən şaxtalı qışa, insanı öyrəşdirməsi heç nə ilə əvəz edilməzdi. Amma, buna baxmayaraq, bir xatirənin yaratdığı təəssüratdan qəlbimdə yaranan,
Heç zaman ruhumu oxşamıb payız,
Dərd verib, leysanın gözümdən töküb. -

misrası ilə başlayan şeirim payıza olan münasibətimin təcəssümüdü desəm, bəlkədə qənaətimdə yanılmaram.
Ancaq bir nüansı da qeyd etməsəm, bunu sonralar özümə baxışlamayacam. Fb dostluğundan olan, sözün həqiqi mənasında mükəmməl yaradıcılığı olan gözəl şair Aidə Adıgözəlin yaradıcılığında payız təsviri, paylaşdığı payız lövhələrini özündə əks etdirən şəkilləri, mənim payız fəslinə sevgimi bir az artırıb. Bu barədə Aida xanımın özünə də etiraf etmişəm...
Görkəmli, əvəzolunmaz təbiət şairi Musa Yaqub haqqında 70 - 80 - ci illərdə oxuduğum, bir xatirə həmişə olduğu kimi, bu gündə yadıma düşdü. Deyir hansısa ədəbiyyata aid, yaradıcılığa həsr edilmiş böyük bir tədbirdə görkəmli şairimizə söz verirlər, o, tribunaya qalxıb şeir deyir. Bu zaman, tədbirə dəvətli xarici ölkələrin birinin tanınmış ədəbiyyatçısı, onun yanında oturmuş şairlərimizdən birinə, təxmini belə deyir. - Mən sizin dili bilməsəm də, amma bilirəm ki, tribunada olan şair, təbiətdən şeir deyir.
Bu misalları çəkməkdə bir məqsədim var. "Ağsu Yazarları" Ədəbi Birliyinin fəallarından biri olan, təşkilatçılığı ilə seçilən, maraqlı ideyaları ilə sevilən, gözəl şairimiz Mərziyə Sarvan təşəbbüsünün növbəti qonağı olan, dəyərli şairimiz, birliyə gəldiyi gündən özünə böyük rəğbət qazanan, hamının sevimlisinə çevrilən, sevilərək oxunan və izlənən şairimiz Əzizə Ağahüseynqızı yaradıcılığından bir - iki yarpaq dərib, onun təbiət oxşamasına dostlarıda qulaq asmağa dəvət edəcəm.
Onun ilk paylaşılan şeiri - "PAYIZIN YANINDA GÖZLƏMƏK OLMUR" - şeirdir.
Doğurdan şair görək payızın niyə gözləmək olmur deyir...?
Payız fəslinin atributlarından biri olan sarı rəngi, bəlkədə o fəslin xəzan ömrünün, şair demişkən, - "Yaşanan ömürü edibdir yarı," - deməklə, doğurdanmı ömür yaşının yarı olmasının işarəsidirmi...?
Bəlkədə bu məcazı mənada belədi. Yaşayıb yarı yaş olanda, deyirik ömrümüzün payızın yaşayırıq.
Baharın son günləri ilə sarıya boylanan çiçəklər də payız müjdəçisidir. Şair bunu ardıcıllığı qoruyaraq belə verib.

Bahar çiçəyini boyayıb sarı,
Payızın yanında gözləmək olmur.
Yaşanan ömürü edibdi yarı,
Payızın yanında gözləmək olmur.


Ona görə gözləmək olmur ki,

Soyuq küləkləri VURUB UÇURUR,
Durna qatarını ELDƏN KÖÇÜRÜR,
Qəmin şərbətini MEYTƏK İÇİRİR,
PAYIZIN YANINDA GÖZLƏMƏK OLMUR.


Çox gözəl təbii bənzətmələrlə payızın qadir olduğu "qüdrəti" sıralamaqla, şair payızın hazır tablosunu sözlə, misralarla rəngləyir.
Göydə buludları şimşək atlıdır,
Yerdə yarpaqları yel qanadlıdır,
Sırrı, möcüzəsi yeddi qatlıdir,
Payızın yanında gözləmək olmur.


Bir insan taleyinin yaşantıları da bax belədi. Yaşlaşdıqca ömür payının "buz donlu" qışına boylanır.

Ötüb keçirdiyi yaşa boylanır,
Xəyala boylanır, huşa boylanır,
Qarşıda buz donlu qişa boylanir,
Payızın yanında gözləmək olmur .


Payız fəsli nə qədər ruzi-bərəkət, barlı-bəhrəli olsada ən çox giley edilən, umulan fəslidir.

Əlindən gileyli necə ası var,
Gözləri nəmlidi, üzdə yaşı var,
Onun üzüyünün sarı qaşı var,
Payızın yanında gözləmək olmur.


Şair bu cür gözəl tapıntılı bənzətmələr ilə sanki oxucusunu düşünməyə məcbur qoyur. Bir ömürün sonunun, sarı yarpaqlartək sonda torpaqa qayıdışının izahıdır bu.

Hüzünlü, kədərli qərib boylanır,
Sarı yarpağını dərib boylanır,
Ahını torpağa sərib boylanır,
Payızın yanında gözləmək olmur.


İnsanlar arasında payızın gözəlliyi ilə bərabər kədər ayı kimidə qeyd edilməsi bilmirəm hansı inancdan götürülüb, amma onu deyə bilərəm ki, bəlkədə sarı rəng, xəzan yarpaqlar, hansısa kəsərli halları bu aya təsadüf etməsi bu inancın formalaşmasında mühüm rol oynayıb. Bunu dəqiqliyi ilə bilmirəm, ancaq demək olar bütün şairlərin payız lövhələri bir naləli, kədərli not üzərində bərqərar olur. Odur ki, Gözəl şairimiz Əzizə Ağahüseynqızı da bunu bu cür görüb, duyub, inanclardan gələn sızıltı ilə ruhunda yoğurub, oxucusuna belə çatdırıb.

O qəmli gəlindi, fağır gəlindi,
Qüssədən sinəsi yağır gəlindi,
Fəsillər içində ağır gəlindi,
Payızın yanında gözləmək olmur,
Payızın yanında gözləmək olmur.


Şairimiz, Payızın yanında gözləmək olmur desə də, əksəriyyət yaradıcılığı onun payızdan gəlir. Onun növbəti şeiri, - "PAYIZ YAĞIŞI" - dır ki, orada saf niyyətdən bəhs edilir. Şairin dilimizin gözəlliyin qoruyub saxlaması bütün şeirlərində yetərincə gözlənilir. Məsələn bu bəndində ləhcə kimi işlətdiyimiz - "qırıx" sözünün, "Göyün yerə ilqarıdır" kimi obrazlı tapıntısı həmişə şairi axtarışda olduğuna bir işartıdı.

Necə də durudu, pakdı,
Ağdı bu payız yağışı.
Qəlbimin qurax yerinə,
Yağdı bu payız yagışı..


Yağış damcılarının bu qədər gözəl bənzətmələrlə verməsi bir şair duyğusunun bəhrəsidir.

Inci, mirvari, darıdı,
Göyün yerə ilqarıdı,
Tanrının göz yaşlarıdı,
Ahdı bu payız yagışı.


Birinci şeirində payızı kədərli anan, onu elə təsvir edən bir insanda, bu kimi gözəl təsvirdə payız fəslinə şeir gözləmək bir az çətin görünərdi.

Amma bu belə deyilmiş.
Qıymadı ki, òlməyimə,
Gelib yètdi köməyimə,
Duygu olub ürəyimə,
Axdı bu payız yağışı.


Şairin, paylaşılan diğər İKİ, - "BİR YARPAQ AĞLAYIR PAYIZIN ÜSTƏ..." və "BİR QIZ KEÇİB GEDİR, PAYIZLA QOŞA" şeirləri dir ki, onunda süjet xətti bir-birində fərqli və orjinaldır.
HƏR adi bir mənzərənin şair ürəyinə necə toxunursa, onu o cür oxucusuna çatdırmaq ilahi istedadın gözəlliyidir. Payızın soyuğunun, küləyinin Budaq ından qoparıb yerə, torpaq üstünə sərməsi, onun kimsəsiz, atasız, Anasız körpə uşaq kimi yerə sərilib hönkür-hönkür ağlamasını təbii təsviri nə qədər gözəldirsə, digər ikinci şeirində, bizə zəfər yaşadan qələbəmizin sevinc dolu acısını dadan nişanlı, gəlin qızlarımızın qəm dəftəridi. Şairin bu iki şeirini olduğu kimi dəyərli oxucularmızın ixtiyarına verib, payız fəslinin bizə yaşatdığı kədər və sevinci şairin duyğusu ilə çatdırıram.

BİR QIZ KEÇİB GEDİR PAYIZLA QOŞA

Çəkilib, yığılıb öz dünyasına,
Qalmaqal zamanda, düz dünyasına,
Bələnib kədərli söz dünyasına,
Bir qız keçib gedir payızla qoşa..

Həzin duyğuları hər an yanında,
Sonsuz arzuları qaynar qanında,
Üyünüb zamanın dəyirmanında,
Bir qız keçib gedər payızla qoşa.

Qisməti alnının düyünlərində,
İllərin ağrısı çiyinlərində,
Qələbə sevinci şeirlərində,
Bir qız keçib gedir payızla qoşa.

Gedir otuz ilin ağrılarıyla,
Köz - köz yaraların sarğılarıyla,
Yüklənib zamanın qayğılariyla,
Bir qız keçib gedir payızla qoşa.

Verib gələcəkdən müjdəli soraq,
Arzusu qınından sıyrılmış yaraq,
Qəlbində yellənir üçrəngli bayraq,
Bir qız keçib gedir payızla qoşa.


TANIŞLIQ YARPAQI : Əzizə Ağahüseynqızı
20.04.1960- cı ildə Beyləqan rayonunun Dünyamallar kəndində doğulub. Bakı Politexnik Texnikumunu və Bakı Dovlət Universitetinin kitabxanaçıliq biblioqrafiya fakültəsini bitirib. Uzun muddət Dövlət Sosial Müdafiə fondundunda baş mütəxəssis kimi dövlət işində çalışib..14 il Baki baş təhsil idarəsi üzrə 22 saylı Xətai rayonunda məktəbdənkənar müəssisədə müəllim işləyib.
Dovru mətbuatda 1975 - çi ildən çap olunur..Azərbaycan radiosu və televiziyasının müxtəlif proqramlarında şeirləri səslənib.Beş şeir kitabının müəllifidir.onlarca almanax və xarici ölkələrin dərgilərində, antologiyalarinda şeirləri çap olunub..Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvü, bir neçə ədəbi məclisin, Qurbanı, Aşıq Pəri inciləri, Sarı aşıq və eləcə də Ağsu Yazarları ədəbi birliyinin üzvüdür.Qizil qələm media mükafatı laureatı və prezident mukafatćisidir.
Ailəlidir üc ovladı var.

BU GECƏ DƏLİ BİR YAĞIŞ YAĞIRDI

Kişnədi buludlar başımın üstə,
Gözümdən süzülən yaşımın üstə,
Şəhid məzarının daşının üstə,
Bu gecə dəli bir yağış yağırdı.

Dəlisov at kimi şahə qalxaraq,
Şimşək dırnağıyla odu ha,bayaq,
Eşirdi göyləri şaraqqaşaraq,
Bu gecə dəli bir yağış yağırdı,

Göylərdən yerlərə nifrin yağırdı,
Göylərdən yerlərə qarğış yağırdı.
Gül açmır arzular atdığım yekdi,
Elatsız obanın yuxusu dikdi,
Soyuq çadırların üstü nəm çəkdi,
Bu gecə dəli tək yağan yağışdan.

Başımız üstündə tirə bax,tirə,
Bilmədik hülqumu verdik kəndirə,
Anamın qurduğu palçıq təndirə,
Bu gecə dəli bir yağış yağırdı.

Çoxdandı görmürdü belə yağışı,
Boy atdı torpağın yaşıl alqışı,
Doldu çəmənlərə ceyran naxışı,
Bu gecə dəli bir yağış yağırdı.

Tüstüsü kəsilən elə,obaya,
Atamın əlindən düşən yabaya,
Ağacda yellənən tənha yuvaya,
Bu gecə dəli bir yağış yağırdı.

Bu gecə dəli bir yağışa dönüb,
İlham pərisinin əlindən tutdum,
Dəli bir sevdanın dilindən tutdum,
Qələmin Qırat tək yalından tutdum.

Kövrək ümidimin üstünə yağdı,
Bacası olmayan tüstümə yağdı,
Pəncərə önündə büstümə yağdı,
Bu gecə bir ağlar heykələ döndüm,
Bu gecə dəli bir yağış yağırdı...


Bütün bunlarla yanaşı bir onu deyə bilərəm ki, Gözəl şairimiz Əzizə Ağahüseynqızı yaradıcılığında payız etüdləri, olduğu kimi insanı valeh edir, onu düşündürür, müəllifini sevdirir...
Əzizə Ağahüseynqızının istedadından sellənib tökülən payız yağışının altında istədim çox islanım, gücüm buna çatdı. Dedim, qoy oxucusu çox islansın...Bu cür nurlu yağışdan qorxusu olmayan,
Elxas Comərd.
AYB-nin üzvü

Son xəbərlər

Əzizə Ağahüseynqızı : MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 7-ci “Yaşıl dağ” ekoloji-sosial aksiyası keçirilib - FOTOLAR

"Google" 403 milyon avro cərimələndi

PAYIZ ƏTİRLİ YARADICILIQ...

Xəzər dənizində zəlzələ olub

Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib

Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH

Bakıda iki bağça fəaliyyətə başladı

"Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar

Ağır qəzadan xəsarət almadan qurtuldular - Foto

“Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!”

70 yaşlı qadın polis tərəfindən saxlanıldı - Bu əməllərə görə

İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək

Floridada “Şahed-136”nın ABŞ klonu tapıldı - Pentaqon susur

Gələn ildən maaşlardan tutulan gəlir vergisi dəyişir - YENİ HESABLAMA QAYDASI

Alim Qasımov Üzeyirlə duetindən danışdı

Sabah pensiyalar tam ödəniləcək

Bakıda əməliyyat edilən 31 yaşlı həkim vəfat etdi - 80 nəfər qan vermişdi - Foto

27. 09.2026-də, saat 11:00-da hər biriniz QOŞMA ƏDƏBİ MƏCLİSİNƏ dəvətlisiniz

Zakir Həsənov Pakistana başsağlığı verib

Kroufordun oğlu 27 yaşında öldü

Si Cinpin sentyabrın 23-25-də ABŞ-a səfər edəcək

Şuşa ilə 40 ildən sonra...

Rusiyanın Ukraynaya hücumlarında 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb

Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Türkiyədə 5 maqnitudalı zəlzələ olub

Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb

Zeynəb Cəmaləddin : A CİV-CİV SƏRÇƏLƏR - FOTO

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930