Xəbərlər
Bir də düşməz əlimə
Atlaz Rzayi
(Qızıma ithaf edirəm)
Bir də mənim əlimə
Hardan düşəcək axı
Sənin bu vaxtın, çağın?
Çıxıb stol üstünə,
Boyunu uzatmağın
Saçımla oynamağın.
Hələ dilin tam yatmır
Sözləri düz deməyə.
Özün kimi səbrin də
Elə balacadır ki,
Dözmürsən gözləməyə.
Elə şirin dilin var,
Dəcəllik edəndə də
Qoymur
Adamı hirslənməyə.
Hələ qapı, pəncərə,
Paltar şkafı, divan
Əməlinlə verir can.
Mən sənin hər anına,
Xoşbəxt - xoşbəxt baxıram,
Elə bu günün üçün,
Mən bu gün darıxıram.
Bir də mənim əlimə
Gəlib düşməz bu günlər,
Bu körpə öpüşlərin
Uçub gedər uzağa,
Sən də böyük qız kimi
Əllərində o yolduğun saçımla
Əl edərsən
Bax o dəcəl uşağa.
Salyan 07.11.2026

(Qızıma ithaf edirəm)
Bir də mənim əlimə
Hardan düşəcək axı
Sənin bu vaxtın, çağın?
Çıxıb stol üstünə,
Boyunu uzatmağın
Saçımla oynamağın.
Hələ dilin tam yatmır
Sözləri düz deməyə.
Özün kimi səbrin də
Elə balacadır ki,
Dözmürsən gözləməyə.
Elə şirin dilin var,
Dəcəllik edəndə də
Qoymur
Adamı hirslənməyə.
Hələ qapı, pəncərə,
Paltar şkafı, divan
Əməlinlə verir can.
Mən sənin hər anına,
Xoşbəxt - xoşbəxt baxıram,
Elə bu günün üçün,
Mən bu gün darıxıram.
Bir də mənim əlimə
Gəlib düşməz bu günlər,
Bu körpə öpüşlərin
Uçub gedər uzağa,
Sən də böyük qız kimi
Əllərində o yolduğun saçımla
Əl edərsən
Bax o dəcəl uşağa.
Salyan 07.11.2026












