Turaztv.az » Xəbərlər » TURAN QADIN YAZARLARI "MÜCİRƏDDİN BEYLƏQANİ" MƏCLİSİNDƏ - FOTOLAR
Xəbərlər

TURAN QADIN YAZARLARI "MÜCİRƏDDİN BEYLƏQANİ" MƏCLİSİNDƏ - FOTOLAR

02.11.2026, 05:28 14

01.11.2026 - çi il tarixində Turan Qadın Yazarları Birliyinin yaradıcı kollektivi və rəhbəri Mücirəddin Beyləqani Ədəbi məclisinin qonağı idi. Birliyin rəhbəri tanınmış şair, AYB və AJB üzvu, prezident təqaudçüsü, 44 kitab müəllifi, Azərbaycan Yazıçilar Birliyinin əməkdaşı Güləmayil xanım Müraddır.

Məclisi giriş sözü ilə Mücirəddin Beyləqani ədəbi məclisinin rəhbəri, şair Əzizə Ağahüseynqizı açdı.O Mücirəddin Beyləqaniyə həsr etdiyi şeirini söylədi.Torpaqlarımızin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu dövlət himnimiz oxundu..Sonra söz Qoşma Ədəbi Məclisinin rəhbəri və eyni zamanda Mücirəddin Beyləqani ədəbi məclisinin poeziya şobəsinin rəhbəri şair Qəzənfər Məsimoğluna verildi..O "Vətən" adlı şeiriylə qonaqları salamladı ..Məclis ardicillıqla davam etdi..Sonra səbəbkara- Güləmayil Murada söz verildi, o yazdığı kitablar haqqında, şəhidlik mövzuyla baglı fikir və düşuncələrini, vətənpərvərlik ruhunda yazdığı şeirləri haqqında dinləyiciləri məlumatlandirdı..Məclisdə iştirak edən qonaqlar, sairlər Zəfərimizlə, Vətənlə, yurdla bağlı şeirlərini oxudular..
Məclisdə taninmıs şair Vahid Çəmənli,, Zərifə Mikayilova, Mətanət Duyğulu, Muxtar Hashimov, Yadigar Təvəkkül, Ramiz Şindidağlı, Tahirə Əliyeva, Şəfiqə Məmmədova, Tofiq Quliyev, Nazlı Hacılı, Əzizağa Teymurov, Zeynəb Xələfova, Gülnarə Nağıyeva, Sevinc Seldiyeva, Fəridə Əsədova, Xatirə Sultan, Aytəkin Mehmanqızı Qəzənfər Məsimoğlu, Əzizə Ağahüseynqızı iştirak edirdilər.
Tədbir boyu Guləmayil Muradın keçdiyi yaradıcılıq yollarından maraqla söhbət açıldı. Sonda təkrar qonağımıza söz verildi.Güləmayil Murad şəhidlərlə, Zəfərimizlə vağlı şeirlərindən söylədi .Sonda xatirə şəkilləri çəkildi..
Bir payız günündə bir görüşümüz də xatirəyə çevrildi.Payızın xəzan çağı olsa da ruhumuzda söz ətri, şeir ətri vardı..Sanki qonaqlarımızın qəlbində şeir çiçəkləmişdi, o çicəklər yerə döşənmiş sarı yarpaqlar meydan oxuyurdu .Kim bilir, bu çətin və keçməkesli zəmanədə Mücirəddin Beyləqaninın işığına toplaşan söz adamlarını da kimsə bir payız günü xatırlayacaqdı, sözû sevindirəcəkdi... kim bilir...
Səmimiyyətlə..
ƏZİZƏ AĞAHÜSEYNQIZI
01.11.2026

























Oxşar xəbərlər