Turaztv.az » Xəbərlər » Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir
Xəbərlər

Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir

02.11.2026, 05:38 9

İran ABŞ-nin digər variantlarla müqayisədə diplomatiyaya üstünlük verəcəyinə ümid edir, lakin mümkün digər ssenarilərə də hazırdır.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi dövlət televiziyasına açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, Tehran diplomatik həll üçün səylərini davam etdirir. Bununla yanaşı, İranın silahlı qüvvələri əvvəlki iki müharibə ilə müqayisədə daha güclüdür və ölkə həm danışıqlara, həm də müdafiəyə hazırdır.

Əraqçi əlavə edib ki, İranın Ali Rəhbərinin son mesajı ölkənin mövqeyini və silahlı qüvvələrin qarşıya qoyulan vəzifələrini aydın şəkildə ortaya qoyub.

Oxşar xəbərlər