Turaztv.az » Xəbərlər » Bələdiyyə binasında ölən şəxs mühasib imiş - YENİLƏNİB
Xəbərlər

Bələdiyyə binasında ölən şəxs mühasib imiş - YENİLƏNİB

02.11.2026, 00:11 6

Göygöldə bələdiyyənin mühasibinin meyiti iş otağından tapılıb.

"Unikal" APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çaykənd kəndində qeydə alınıb.

Belə ki, kənd bələdiyyəsinin mühasibi, 1961-ci il təvəllüdlü S. Orucovun meyiti onun iş otağında aşkarlanıb.

Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

İlkin məlumata görə S. Orucov ürək tutmasından dünyasını dəyişib.

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

*** 22:19

Göygöldə bələdiyyə binasında ölüm hadisəsi baş verib.

"Unikal" Oxu.az-a istinadən xəbər verir ki, rayonun Çaykənd bələdiyyəsinin binasında ölüm faktı qeydə alınıb.

Hazırda əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər