Turaztv.az » Xəbərlər » Sakit Hüseynov-65
Xəbərlər

Sakit Hüseynov-65

01.11.2026, 11:22 4

ÜMİD EDİRƏM Kİ...

Kamil insan hər zaman el-oba, cəmiyyət, xalq, dövlət üçün yaşayır, öz çiyinlərini daim ağır yüklərin altına verə bilir. Cəmiyyətimizin ehtiyacı olan belə fədakar insanlardan, əsl ziyalılardan biri də Sakit Hüseynovdur. Sakit Həmid oğlu Hüseynov Sabirabad rayonunun Cavad kəndində anadan (01.11.1961) olub.

...İnsan həyatının müəyyən mərhələlərində bir anlıq da olsa, geriyə boylanıb keçdiyi ömür yoluna nəzər salır, götür-qoy etmək zərurəti duyur. Xüsusilə adam yaşa dolduqca, kamilləşdikcə buna daha çox ehtiyac hiss edir. Sakit Hüseynov da keçmişinə nəzər salıb oxucularımıza bunları deyir: “Çoxuşaqlı, kasıb bir kolxozçu ailəsində dünyaya göz açmışam. Uşaq ikən atamı itirdim. Ana qayğısı ilə min bir zəhmətlə, əziyyətlə böyüdüm. Orta məktəbi əla qiymətlərlə bitirib jurnalist olmaq istəyirdim. Rayon qəzetinin ştatdankənar müxbiri oldum, respublika qəzetlərinin bir çoxunda fərqli mövzularda yazılarım, məqalələrim dərc olundu. Lakin min bir sınaqdan keçərək mühəndis oldum...Allaha saf sevgi-məhəbbətimlə 42 il bir müəssisədə, boyük kollektivdə heç kimi incitmədən, heç kimin xətrinə dəymədən öz halal zəhmətimlə mühəndis kimi çalışdım...Sevdiyim payız gəldi. Qaranquşlar uçub getdi, yarpaqlar saralıb töküldü, yağış yağdı…Vaxt gəldi…Zaman su tək axıb getdi…Hər şey dəyişdi, mən isə dəyişə bilmədim...Təqaüd yaşına çatdım artıq. İndi qışıma söykənib payızımı yaşayıram...Hər birinizə layiq olduğunuz gözəlliklərlə dolu bir həyat yolu keçib müdrikləşməyi arzu edirəm. Allah sizə sağlam, mənalı, bərəkətli ömür versin!”.

Sakit Hüseynovu xeyli adamın əhatə etdiyini əsas götürüb, təbrik mətnini çox uzatmıram. 65 illik yubileyi münasibətilə Sakit Həmid oğlu Hüseynovu ürəkdən təbrik edirəm! Ona möhkəm cansağlığı, könül xoşluğu və bütün işlərində uğurlar arzulayıram!
Ümid edirəm ki, ən gözəl təbriklər digər yaxınlarından və dostlarından da gələcək. Axı, 2026-cı il noyabrın 1-də Sakit Həmid oğlu Hüseynovun yubileyidir...
Sakit Hüseynov-65
Elçin NƏSİB

Oxşar xəbərlər