Turaztv.az » Xəbərlər » Tbilisidə piyada körpüsündə yanğın baş verib
Xəbərlər

Tbilisidə piyada körpüsündə yanğın baş verib

02.11.2026, 17:08 2
Tbilisidə piyada körpüsündə yanğın baş verib

Gürcüstanın paytaxtı Tbilisidə Vağzal meydanı ərazisindəki piyada körpüsündə yanğın baş verib.

Yanğın körpüdə yerləşən mağazalardan birində başlayıb.

Fövqəladə Halların İdarə Olunması üzrə Xidmətdən bildirilib ki, hadisə yerinə yanğınsöndürmə-xilasetmə bölmələri cəlb edilib, alovun söndürülməsi istiqamətində işlər aparılır.

Yanğının səbəbi və xəsarət alanlar barədə məlumat hələ ki dəqiqləşdirilməyib.

Hadisə yerində 10-a yaxın yanğınsöndürmə briqadası çalışır.

Oxşar xəbərlər