Xəbərlər
AZƏRBAYCANİM - FOTO
Azadlığın sənindi,
Xoş günün, xoş ünündü,
Şanlı Zəfər günündü,
Sevin, Azərbaycanım!
Qayıtdı Xan Şuşamız,
Laçın, dilbər gusəmiz,
Yer azad, hava təmiz,
Öyün, Azərbaycanım!
Günəş doğur canından,
Qovğa ötdü yanından,
Sübh açılır Danından,
Döyün, Azərbaycanım!
Türküm köməyə yetdi,
Şəri susdurduq, getdi,
"Dəmir yumruq"la bitdi,
Oyun, Azərbaycanım!
Torpağın talanmasın,
Odlara qalanmasın,
Bir daha bulanmasın,
Suyun, Azərbaycanım!
Uğurların dağ aşır,
Baxdıqca ruhum daşır,
Sənə gözəl yaraşır,
Düyün, Azərbaycanım!
Araz qıraqlı xalqım,
Sevgi maraqlı xalqım,
Zəfər soraqlı xalqım --
Deyin, Azərbaycanım!
ƏZİZƏ AĞAHÜSEYNQIZI
08.11.2026
Xoş günün, xoş ünündü,
Şanlı Zəfər günündü,
Sevin, Azərbaycanım!
Qayıtdı Xan Şuşamız,
Laçın, dilbər gusəmiz,
Yer azad, hava təmiz,
Öyün, Azərbaycanım!
Günəş doğur canından,
Qovğa ötdü yanından,
Sübh açılır Danından,
Döyün, Azərbaycanım!
Türküm köməyə yetdi,
Şəri susdurduq, getdi,
"Dəmir yumruq"la bitdi,
Oyun, Azərbaycanım!
Torpağın talanmasın,
Odlara qalanmasın,
Bir daha bulanmasın,
Suyun, Azərbaycanım!
Uğurların dağ aşır,
Baxdıqca ruhum daşır,
Sənə gözəl yaraşır,
Düyün, Azərbaycanım!
Araz qıraqlı xalqım,
Sevgi maraqlı xalqım,
Zəfər soraqlı xalqım --
Deyin, Azərbaycanım!

08.11.2026













